Rəşad Xaliqov
Doğum tarixi və yeri:
Rəşad Xalıqov 1988-ci ildə Bakı şəhərində anadan olub.
Təhsil:
O, 2007-2013-cü illərdə Fransanın Franş-Komte Universitetində kompüter mühəndisliyi üzrə bakalavr və magistratura pillələrində təhsil alıb.
Rəşad Xalıqov Fransa və Azərbaycanda dövlət və özəl sektorda mühəndislik, informasiya texnologiyaları üzrə rəhbər vəzifələrdə işləyib, 2013-2020-ci illərdə Xəzər Universitetində pedaqoji fəaliyyətlə məşğul olub.
Karyera:
2020-ci ildən 2021-ci ilin aprel ayınadək Rəşad Xalıqov Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya texnologiyaları və innovativ həllər sektoruna rəhbərlik edib. 2021-ci ildə “AzInTelecom” MMC-də informasiya və kommunikasiya texnologiyaları üzrə müşavir vəzifəsini icra edib.
Rəşad Xalıqov 2022-ci ilin oktyabr ayından etibarən İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədr müavini vəzifəsində işləyir və İKT sahəsinə töhfə verməyə davam edir.
Mükafatlar:
Rəşad Xalıqov "World CIO 200 Summit 2023" beynəlxalq zirvəsində "LEADER CIO" və "MASTER CIO" kateqoriyalarında mükafata layiq görülüb.
Görüş vaxtları:
Hər həftənin çərşənbə axşamı saat 11:00 - 13:00 aralığında.
Elektron poçt ünvanı: