Azərbaycanda oyun studiyaları üçün ilk inkubasiya proqramına qeydiyyata start verildi!

alarm Created with Sketch. 19-03-2025

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi və qlobal oyun biznesində 20 illik təcrübəyə malik olan “Xsolla” şirkətinin əməkdaşlığı çərçivəsində Azərbaycanda oyun studiyaları üçün ilk inkubasiya proqramı - “IDDA - Xsolla Incubator Program”a qeydiyyat açıq elan edilib.

Hibrid rejimdə keçiriləcək proqram 3 ay davam edəcək. Proqramda 3 qalib startap üçün 50, 75 və 100 min manatlıq pul mükafatı nəzərdə tutulub.

Yerli oyun studiyaları proqram ərzində kreativ sənayedə dayanıqlı biznes modelin qurulma strategiyası , qlobal bazarda rəqabət və şəbəkələşmə üzrə mentor dəstəyi, o cümlədən potensial investisiya imkanlarından faydalana biləcəklər.

Həmçinin studiyalar dünya üzrə oyun sənayesində tanınmış ekspertlərdən fərdi mentorluq ala biləcəklər. İnkubasiya proqramına qeydiyyat 2025-ci il aprelin 18-dək davam edəcək. Avqustda baş tutacaq təqdimatlar zamanı qalib komandalar elan ediləcək.

Proqrama müraciət etmək üçün link: Xsolla & IDDA - Azerbaijan Incubator Application