Nüvə və radiasiya texnologiyaları ilə təhlükəsiz gələcək
İRİA Nüvə Tədqiqatları üzrə radionuklid analizləri, qamma şüalandırma, radiasiya cihazlarının quraşdırılması və təmiri, nüvə kriminalistikası sahələrində xidmət göstərərək, texnologiya və təhlükəsizliyi birlikdə tətbiq edir.

Fəaliyyətimiz
Fəaliyyət göstərdiyimiz istiqamətlər ilə aşağıdan tanış ola bilərsiniz:
Nüvə spektroskopiyası və radiokimya
Bu istiqamət çərçivəsində İRİA tərəfindən içməli mineral suların, qida məhsullarının, tikinti və sənaye məhsullarının radiasiya təhlükəsizliyi üzrə radioloji sınaqları həyata keçirilir.

Radiasiya texnologiyalarının tətbiqi - Qamma şüalandırma
Qamma şüalandırma texnologiyası ilə - Biz tibbi və əczaçılıq məhsullarının sterilizasiyasını, habelə qida məhsullarının mikrob yükünün azaldılmaqla rəf ömrünü artırmaq xidmətləri təklif edirik. Eyni zamanda, bu texnologiyanı qədim əlyazmalar və digər mədəni irsin qorunması ilə yanaşı, polimer materialların xüsusiyyətləri dəyişdirməkdə, polimer tullantıları utilizasiyasında və tətbiq edirik.

Nüvə tədqiqatları və radiasiya tətbiqləri
Fəaliyyət sahəsinə aşağıdakılar daxildir: Radioloji ölçü avadanlıqlarının quraşdırılması, sazlanması, texniki baxış, təmiri və habelə sənaye mühitində radioloji qurğuların avtomatlaşdırılması və rəqəmsallaşdırılması. Bu texnologiyalarının istifadəçiləri və mütəxəssisləri üçün nəzəri-praktiki təlim proqramlarının keçirilməsi. Elmi və texnoloji tədqiqat layihələrinin hazırlanması, idarə olunması və beynəlxalq əməkdaşlıq çərçivəsində icrası. Materialların radiasiya dayanıqlığı, çevik sensor sistemləri, radiasiya təhlükəsizliyi və radioekoloji monitorinq üzrə təcrübi işlərin təşkili.

Nüvə kriminalistikası və mobil ekspert dəstək
“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə “Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın çərçivəsində sözügedən ərazilərdə radiasiya təhlükəsizliyi və radioekoloji monitorinqlərini aparırıq. Dövlət əhəmiyyətli obyektlərin, yaşayış məntəqələrinin, əkin sahələrinin və əsas təminat yollarının radiasiya təhlükəsizliyini tədqiq edirik. Çay, göl və digər içməli su mənbələrinin radiasiya təhlükəsizliyini tədqiq edirik. Ərazidə radioloji çirklənmənin konturlarının müəyyənləşdirilməsi və radioloji xəritələrin hazırlanması üzrə sifarişləri icra edirik. Sahibsiz və ya qeyri-qanuni tranzit zamanı aşkar edilən nüvə və radioaktiv materialların yerində nüvə kriminalistik ekspertizasının aparır və ekspert dəstəyini göstəririk. Sahibsiz radioaktiv mənbənin mənşəyinin və istehsalçısının, digər radioloji məlumatlarının müəyyən edirik. Aidiyyəti qurumlara bu sahə üzrə texniki, metodik və ekspert dəstəyi təklif edirik.


İRİA-nın nüvə tədqiqatları sahəsində fəaliyyətləri ilə tanış olun!
Mediada biz

Cəbrayıl rayonunda aparılan radioloji təqdiqatlar

əməkdaş
radioloji və radioekoloji tədqiqat

"Telesəhər" verilişi

ITV news

“Obyektiv” verilişi

"Gələcəyin peşəsi" verilişi