
Missiyamız və strateji baxışımız
Missiyamız:
Missiyamız gənclərə rəqəmsal bacarıqlar qazandırmaq, onların qlobal əmək bazarına hazır, yüksək ixtisaslı İKT mütəxəssislərinə çevrilməsinə dəstək olmaqdır. Biz yeni nəsil innovatorların yetişdirilməsini, onların təcrübə və tədqiqat bacarıqlarının inkişafını təmin etməklə ölkəmizin rəqəmsal gələcəyinə töhfə veririk
Strateji baxışımız:
Bizim strateji baxışımız Azərbaycanda İKT sahəsində dayanıqlı və innovasiya yönümlü insan kapitalı formalaşdırmaqdır. Bu layihə yalnız yerli peşəkar tələbatı qarşılamaqla kifayətlənməyəcək, həm də beynəlxalq səviyyədə rəqabətqabiliyyətli mütəxəssislərin yetişdirilməsini təmin edəcəkdir
Rəqəmsal bacarıqlar, real təcrübə
IT SkillsBridge gənclərə qlobal əmək bazarında tələb olunan İKT bilikləri qazandırır, onları real layihələr üzərində işləməyə cəlb edir və peşəkar iş mühitinə daha tez uyğunlaşmağa dəstək olur.

IT SkillsBridge: Gənclər üçün rəqəmsal gələcək körpüsü

Java, JavaScript üzrə proqramlaşdırma, biznes analitikası, keyfiyyətə nəzarət (QA), DevOps, mobil proqramlaşdırma (iOS, Android), layihə idarəetməsi ixtisaslarının tədrisi.
İştirakçı profili: 20–35 yaş arası gənclər; 30% qadın, 70% kişi iştirakçı.



