Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi

Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi ölkədə kibertəhlükəsizlik ekosisteminə fayda vermək, bu sahədə mütəxəssislərin sayını artırmaq, peşəkar hazırlığını gücləndirmək, kibermaarifləndirmə təlimlərini həyata keçirmək, eləcə də kibertəhlükəsizlik üzrə yerli məhsulların hazırlanmasını hədəfləyir. Bu məqsədlə həm dövlət, həm özəl sektor nümayəndələri və həm də universitetlərlə əməkdaşlıq edir. Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi layihəsi İsrailin Technion Texnologiya İnsititutu ilə əməkdaşlıq edərək, beynəlxalq bilik və təcrübənin ölkəyə gətirilməsini təmin edir.

3 fərqli blok, 3 fərqli məqsəd

Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi (AKM) üç fərqli blokdan ibarətdir. Bu blokların hər biri ölkənin kibertəhlükəsizlik sahəsində inkişafı üçün çalışır.

Fəaliyyətimiz

Fəaliyyət göstərdiyimiz istiqamətlər ilə aşağıdan tanış ola bilərsiniz:

CyberEdu
"CyberEdu" kibertəhlükəsizlik sahəsində bacarıqların inkişafına yönəlmiş bölmədir. İsrailin “Technion Texnologiya İnstitutu" ilə əməkdaşlıq çərçivəsində hər altı ayda 60 kibertəhlükəsizlik mütəxəssisi yetişdirilir. Eyni zamanda "Beyin Mərkəzi" konsepsiyası vasitəsilə universitetlərlə tərəfdaşlıq qurulur və burada "CyberKlub"lar yaradılır. Müəllimlərin və tələbələrin inkişafını dəstəkləmək üçün müxtəlif "workshop"lar təşkil olunur.
CyberPark
"CyberPark" kibertəhlükəsizlik sahəsində milli startaplara dəstək verən bölmədir. Bu bölmə kibertəhlükəsizlik məhsullarının hazırlanması üçün araşdırma və inkişaf planlarının qurulmasına və onların tətbiqinə fokuslanır. Yeni məhsulların yaranmasını təşviq etmək məqsədilə müxtəlif tip "hackathon"lar təşkil edilir, həmçinin müxtəlif sahələrdən olan insanların kibertəhlükəsizlik və sahibkarlıq sahəsində maarifləndirilməsi həyata keçirilir.
CyberCollab
"CyberCluster" kibertəhlükəsizlik sahəsində innovasiyanı və əməkdaşlığı inkişaf etdirmək məqsədini daşıyan üç mühüm bölməni birləşdirir.

Tez-tez verilən suallar

Bizimlə birgə addımlayanlar!