
digital.leadership haqqında
“digital.leadership” proqramı İKT sahəsində fəaliyyət göstərən dövlət qurumlarının rəhbər şəxslərini bir araya gətirən strateji platformadır. Proqramın məqsədi rəqəmsal hökumətə keçidi sürətləndirmək, dövlət orqanlarının fəaliyyətini rəqəmsal texnologiyalar vasitəsilə koordinasiya etmək və ölkədə innovasiya mühitini gücləndirməkdir. Rəqəmsal hökumətin qurulması, məlumatların idarə olunması, süni intellektin tətbiqi və kibertəhlükəsizliyin təmin olunması kimi əsas istiqamətlər üzrə bilik və təcrübə mübadiləsini dəstəkləyərək, rəqəmsal cəmiyyətin qurulmasına liderlik edən davamlı platforma yaradırıq.

Missiyamız
“digital.leadership” proqramı rəqəmsal hökumətə sürətli keçidin təmin edilməsini, rəqəmsal hökumət və rəqəmsal innovasiyalar sahəsində beynəlxalq rəqabətliliyin artırılması, rəqəmsal hökumətin inkişafı və təşviqi üzrə dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsini təmin etmək, habelə dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, inteqrasiyası və effektiv idarə edilməsi sahəsində vahid koordinasiyanı həyata keçirmək məqsədilə keçirilir.
digital.leadership
Proqram müddətində baş tutan seçilmiş görüntülərlə digital.leadership təşəbbüsünün praktiki tərəfini kəşf edin.

“digital.leadership” proqramında rəqəmsal inkişaf prioritetləri müzakirə edilib.

Sessiya
Fərqli şəhər