Lang Azərbaycan
Ehim

6 mart 2020 - 04:00

Dənizlərin altında məskən salan internet kabelləri!

İnsanlar əksərən bütün dünyanı bir birinə bağlayan internet şəbəkəsinin səmada bir yerdə olduğunu düşünür. Əslində isə belə deyil!

Dənizlərin altında məskən salan internet kabelləri!

İnsanlar əksərən bütün dünyanı bir birinə bağlayan internet şəbəkəsinin səmada bir yerdə olduğunu düşünür. Əslində isə belə deyil!

6 mart 2020 - 04:00

İnsanlar əksərən bütün dünyanı bir birinə bağlayan internet şəbəkəsinin səmada bir yerdə olduğunu düşünür. Əslində isə belə deyil!

Beynəlxalq kommunikasiyanının 99 %-i dənizlərin altında olan 468 kabel vasitəsilə təmin olunur. Bunların bəzilərinin uzunluğu sadəcə 131 km, Asiya ilə Amerikanı birləşdirən internet kabel xəttinin uzunluğu isə 20 000 km-ə bərabərdir. Bu kabellərdən sadəcə biri qırılarsa böyük bir qitənin interneti kəsilə bilər. 2018-ci ildə olduğu kimi. Belə ki, Fransadan başlayıb Cənubi Afrikaya qədər uzanan, 17 000 km uzunluğa malik olan və Avropanın qərb sahillərindən Cənubi Afrikaya qədər 22 ölkəni internetə bağlayan internet kabeli balıqçılar tərəfindən səhvən kəsilmişdi. Beləcə həmin ərazidə yerləşən 10 ölkədə internet də kəsilmişdi.

Ancaq bu yeganə belə hal deyil, dünyada dəniz altında ümumilikdə 1,2 milyon km uzunluğunda, yəni dünyanın ümumi əhatəsindən 30 qat böyük internet kabelləri var. Hər il 200-dən çox kabellərdə bu cür problemlərə rastlanılır. Bəzən gəmilər bu internet kabellərinin üzərində səhvən lövbər salır bəzən isə zəlzələ və sualtı vulkanlar səbəbindən bu kabellər zərər görür. 2007-ci ildə dəniz quldurları Tayland, Vyetnam və Hon-Kongu birləşdirən bir kabelin 11 km-lik hissəsini oğurlayıb 100 tonluq metal qismində satmışdılar.

Bundan əlavə bu kabellər bəzən dəniz canlılarının xüsusən də balinaların hücumuna məruz qalır. İlk dəfə Kanar adalarının yerləşdiyi sularda balina internet kabelini yeməyə çalışmışdı bu isə təbii olaraq regionda internetin kəsilməsinə səbəb olmuşdu. Hazırda isə dənizlərin altı ilə ümumdünya kommunikasiyanını təmin edən kabellər xüsusi diqqət ilə yenilənir. Belə ki, kabellər potensial zərərlərdən qorumaq üçün 8 müxtəlif təbəqə ilə örtülür. Bunlar optik fiberlər, gel, mis, polikarbonat, alminium, polad kabellər, polyester və polietilen təbəqələridir.

Odur ki, bundan sonra telefonunuzda internet şəbəkəsi yaxşı tutmayanda telefonunuzu havaya qaldırarkən bir daha düşünün ;)


Hazırladı : Orxan İsmayılov

0 Comments