Vətəndaşlar tərəfindən daxil edilən məlumatlar (ad, soyad, ata adı, telefon əlaqələri, imeyl) tam və dolğun olmalıdır;
Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır;
Müraciətin məzmun hissəsi olmalıdır;
“Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.4-cü bəndinə müvafiq olaraq vətəndaşın təkrar müraciətlərinə bir il ərzində 3 dəfə mahiyyəti üzrə əsaslandırılmış cavab verildikdə və təkrar müraciətdə məsələnin həlli üçün yeni məlumatlar olmadıqda baxılmamış saxlanılır və bu barədə müraciət edən şəxsə məlumat verilir;
İcraçı, müraciətin baxılma müddəti bitmədən daxil olan təkrar hesab edilməyən növbəti müraciəti əvvəlki daxil olmuş müraciətlərilə ümumiləşdiriərək vahid cavab məktubu ilə cavablandırır;
Müraciət edərkən etika qaydaları gözlənilməlidir.