25 nəfər “IDDA Academy” təcrübə proqramını uğurla tamamlayıb

alarm Created with Sketch. 12-08-2024

2 avqust 2024-cü il tarixində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) təşkil etdiyi “IDDA Academy” təcrübə proqramının məzun günü keçirilib. Proqrama müraciət edən 721 nəfər müraciətçi arasından 38 nəfər seçilərək onlardan 25 nəfəri sözügedən proqramı uğurla başa vurublar. Tədbirdə açılış nitqi ilə çıxış edən Agentliyin sədri İnarə Vəliyeva proqram boyu öz bilik və mentorluğu ilə təcrübəçilərə dəstək olan əməkdaşlarımıza minnətdarlığını bildirib. Məzunlara isə “IDDA Academy” proqramında iştiraklarına görə təşəkkür edərək, onları əldə etdikləri nəaliyyət münasibətilə təbrik edib və gələcək peşə fəaliyyətlərində müvəffəqiyyətlər arzulayıb. Tədbirin sonunda bütün təcrübəçilər iştirak sertifikatı, nəticələri ilə fərqlənən məzunlar isə fərqlənmə sertifikatı ilə təltif olunublar.

Qeyd edək ki, 3 ay davam edən “IDDA Academy” təcrübə proqramı müddətində təcrübəçilər kibertəhlükəsizlik, biznes həlləri, data analitika və İKT-nin bir sıra sahələri üzrə agentliyin əməkdaşları ilə real layihələr üzərində çalışaraq nəzəri və praktiki biliklərə yiyələniblər. Sözügedən proqram çərçivəsində təcrübəçilərin ilkin tanışlıq və sürətli adaptasiyasını təmin etmək məqsədilə “Oriyentasiya Günü”, bir sıra bilik və bacarıqlarını inkişaf etdirən intensiv təlim proqramı, debat təlimləri, “Digitalks”, “Defence Day” kimi proqramlar keçirilib.