Ölkəmiz beynəlxalq proqramlaşdırma müsabiqəsinin dünya finalına hazırlaşır.
19-03-2025
İnnovasiya və Rəqəmsal İnkişaf Agentli və “ICPC Azərbaycan” icmasının birgə əməkdaşlığı ilə nüfuzlu ICPC müsabiqəsinin dünya finalı ilk dəfə Bakıda keçiriləcək. Bu xüsusda İRİA və “ICPC Foundation” arasında görüş baş tutub.
Görüşdə Bakı şəhərində keçiriləcək Beynəlxalq Universitetlərarası Proqramlaşdırma Müsabiqəsinin (ICPC) dünya finalına hazırlıq mərhələsi, görüləcək işlər barədə fikir mübadiləsi aparılıb.
İRİA-nın sədri Fərid Osmanov sözügedən müsabiqənin ölkənin rəqəmsallaşma və innovasiya sahəsində inkişafına və qlobal nüfuzunun artırılmasına verəcəyi töhfələrdən bəhs edib.
Daha sonra ICPC nümayəndələri müsabiqənin dünya finalının Qafqazda ilk dəfə Bakıda keçiriləcəyini vurğulayaraq İRİA ilə bu sahədə əməkdaşlığın inkişaf perspektivlərindən bəhs ediblər. Görüşdə finalçı komandaların hazırlığına cari ilin aprel ayında başlanacağı qərarlaşdırılıb.
Dünya finalı 31 avqust – 5 sentyabr 2025-ci il tarixlərində keçiriləcək.
Qeyd edək ki, Agentliyimiz 2024-cü ildən etibarən “ICPC Azərbaycan”ı dəstəkləyərək ADA Universiteti ilə birgə lokal yarışlar, düşərgələr, təlim proqramları təşkil edir.
