İnnovasiya sahəsində vəsaitdən istifadə qaydası təsdiq edildi
10-01-2025
Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı ilə “Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin vəsaitindən istifadə Qaydası” təsdiq edildi.
Adıçəkilən Qayda, yerli sahibkarlıq subyektlərinə müasir texnologiyaların və texnoloji həllərin əldə olunmasına yardım göstərilməsi, onların transferinin təşkili, ölkə daxilində və xaricində innovasiyayönümlü elmi tədqiqatların dəstəklənməsi, innovativ layihələrin (o cümlədən startapların) təşviqi və innovasiya təşəbbüskarlığının təbliği məqsədilə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin vəsaitindən istifadə formaları və qaydasını müəyyən edir.
Qaydanın qəbul edilməsi, innovasiyaların inkişafını sürətləndirmək, innovasiya sahəsində rəqabət qabiliyyətini artırmaq, sahibkarlar və elmi-tədqiqat təşkilatları üçün daha geniş imkanlar yaratmaq məqsədi daşıyır.
Qaydanın tətbiqi, ölkənin texnoloji tərəqqisini şərtləndirən innovativ layihələr üçün stimullaşdırıcı tədbirlərin və innovasiya mühitinin genişləndirilməsinə mühüm töhfə verəcəkdir.