İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi: “Açıq Qapı” görüşünə dəvət

alarm Created with Sketch. 20-02-2025

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) ölkədə rəqəmsal inkişaf sahəsində fəaliyyətin təşkili, əlaqələndirilməsi, həyata keçirilməsi, habelə yüksək texnologiyalar, nüvə elmləri, nüvə texnologiyaları və nüvə energetikası sahəsində kompleks tədbirlərin və innovasiya fəaliyyətinin həyata keçirilməsi, eləcə də fiziki və hüquqi şəxslərə müasir texnologiyaların və texnoloji həllərin əldə olunmasında yardım göstərilməsi, innovasiyayönümlü elmi tədqiqatların və innovativ layihələrin (həmçinin startapların) təşviqi, onlara maliyyə dəstəyinin göstərilməsi və innovasiya təşəbbüskarlığının təbliği sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir.

İRİA satınalan təşkilat olaraq qanunvericiliyə əsasən maliyyə vəsaitindən səmərəli və qənaətlə istifadə edilməsi, satınalmaların şəffaflıq, aşkarlıq, ədalətlilik, rəqabətlilik və bərabərlik əsasında həyata keçirilməsi məqsədilə potensial təchizatçıları “Açıq Qapı”görüşünə dəvət edir.

Görüşdə İRİA tərəfindən bugünədək keçirilən satınalmalarda müşahidə edilən çətinliklər, uğurlar və eyni zamanda sorğular nəticəsində təchizatçılardan toplanan sual və təkliflər müzakirə ediləcəkdir.

Görüşdə, həmçinin satınalan təşkilatın gələcək satınalma prioritetləri və satınalma prosedurları haqqında müzakirələr aparılacaqdır.

Görüş barədə məlumatlar:

• Tarix: 04.03.2025

• Vaxt: 10:00-13:00

• Ünvan: Atatürk pr. 89

Görüşə qatılmaq üçün qeydiyyat:

Qeydiyyat üçün https://forms.office.com/r/Tbv5BT89cW vasitəsilə iştirakınızı təsdiq edə bilərsiniz.

Qeydiyyatınızı 28.02.2025 saat 10:00-dək tamamlamağınız xahiş olunur. Görüş zamanı müzakirələrin təşkili üçün anonim sorğuda iştirak etməyiniz xahiş olunur: https://forms.office.com/r/RiwJ6CWeED 

Görüş zamanı xüsusən müzakirə edilməsini istədiyiniz hər hansı bir sualınız və ya təklifiniz varsa, sorğu bölməsindəki xüsusi sual xanasına ünvanlaya bilərsiz.