İRİA tərəfindən “Proqram təminatının hazırlanmasında təhlükəsiz kod qaydaları” təlimi həyata keçirilib
02-08-2023
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi tərəfindən dövlət və özəl qurumlara dəstək göstərən şirkət əməkdaşları üçün “Proqram təminatının hazırlanmasında təhlükəsiz kod qaydaları” təlimlərinə start verilib.
Təlimin keçirilməsində məqsəd proqram təminatının hazırlanması və inkişafı üçün dövlət və özəl qurumlarına xidmət göstərən şirkət əməkdaşlarının kod təhlükəsizliyi bacarıqlarının inkişaf etdirilməsidir. İlk təlim sessiyası proqram təminatının hazırlanması üzrə fəaliyyət göstərən "Crocusoft MMC"nin əməkdaşları üçün keçirilib.
İştirakçılar rəqəmsal məhsul və xidmətləin potensial təhlükələrdən effektiv şəkildə qorunması üzrə biliklərə yiyələniblər. Təlimçilər sırasında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin əməkdaşları Fikrət Quliyev, Əli Məhərrəmli, Şərif Hüseynli yer alıb.
Qeyd edək ki, ekosistem iştirakçılarını tanımaq və onlara dəstək olmaq məqsədilə bu cür görüşlərin (təlimlər) müntəzəm olaraq keçirilməsi planlaşdırılır.