Lang Azərbaycan
Ehim

6 mart 2020 - 04:00

Facebook hesabınızın təhlükəsizliyini təmin edin!

Hesabınızın ikinci şəxslər tərəfindən ələ keçirilməsinin qarşısını alın.

Facebook hesabınızın təhlükəsizliyini təmin edin!

Hesabınızın ikinci şəxslər tərəfindən ələ keçirilməsinin qarşısını alın.

6 mart 2020 - 04:00

Facebook hesabınızın təhlükəsizliyini təmin etmək, hesabınızın ikinci şəxslər tərəfindən ələ keçirilməsinin qarşısını almaq üçün “İkiqat autentifikasiya" (Two-Factor Authentication) funksiyasını aktivləşdirməyiniz tövsiyə olunur.

Bunun üçün ➡️ "Parametrlər" (Settings) ➡️ "Təhlükəsizlik və Giriş" (Security and Login) bölməsinə keçid edin və "İkiqat autentifikasiya" (Two-Factor Authentication) funksiyasını aktivləşdirin. Daha sonra giriş zamanı təhlükəsizlik kodunun göndərilməsi üçün mobil nömrənizi müvafiq xanaya daxil edərək yaddaşa verin.

1.  2.  


3. 

Belə olan təqdirdə hesabınıza tanış olmayan cihazlardan daxil olmağa cəhd edilərsə Facebook avtomatik olaraq qeyd etdiyiniz mobil nömrəyə göndərilən təsdiq kodunu daxil etməyi tələb edəcək və hesabınızın ələ keçirilməsi cəhdi uğursuzluqla yekunlaşacaq.

Hesabınıza hər dəfə giriş edərkən bu təhlükəsizlik kodlarını daxil etməmək üçün Facebook həll yolu təqdim edir. Belə ki, ilk dəfə giriş zamanı ekranda çıxan “Saxla” (Save) düyməsini klik etməklə istifadə etdiyiniz cihazı yaddaşda saxlaya bilərsiniz.

Həmin cihazdan növbəti dəfə daxil olduqda təhlükəsizlik kodu tələb olunmur. Bundan əlavə əgər mobil nömrəniz əlçatan deyilsə Facebook sizə 10 müxtəlif bərpa kodu da təqdim edir. Mobil nömrənin itirilməsi və əlçatan olmaması ehtimallarını nəzərə alaraq bu bərpa kodlarını bir yerdə qeyd edərək saxlamaq tövsiyə olunur.

Hazırladı : Orxan İsmayılov

0 Comments