Lang Azərbaycan
Ehim

Layihə haqqında

“Digital Azərbaycan”, Azərbaycanda rəqəmsal mühitdə xidmətlər göstərən portallar, rəqəmsal xidmətlər və onlardan istifadə, bu sahəyə aid tədbirlər haqqında məlumatlar və vətəndaş fikrinin öyrənilməsi üçün sorğuları əhatə edən rəqəmsal məlumat mərkəzidir.

Reaktiv xidmətlərdən proaktiv xidmətlərə keçid dövründə xidmətlərin aktiv inteqrasiyası sayəsində kağız daşıyıcıların istifadəsinin sıfıra enməsinə imkan yaradan rəqəmsal cəmiyyət formalaşdırılır. Qurumların da iştirakı ilə vətəndaşları rəqəmsal xidmətlər haqqında məlumatlandırmaq, daha əlçatan ictimai xidmətlər sistemi yaratmaq ilkin məqsədlər arasındadır. Bundan əlavə, layihənin sorğular modulu, vətəndaş fikrinin öyrənilməsində vacib rol oynayır. Sorğular nəticəsində əldə edilmiş məlumatlar yeni xidmətlərin yaradılması və mövcud xidmətlərin təkmilləşdirilməsində istifadə ediləcəkdir. Nəticə olaraq, artıq vətəndaşlar texnologiya və süni intellekt əsrinin passiv iştirakçısı obrazından, tələb olunan və arzu etdiyi xidmətləri müəyyənləşdirmək üçün hökumətlə birgə əməkdaşlıq edən aktiv fərd obrazına çevriləcək.

“Digital Azərbaycan” portalının fəaliyyəti bir sıra dövlət və özəl qurumların da iştirakı ilə Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “Elektron Hökumətin İnkişafı Mərkəzi” publik hüquqi şəxsi tərəfindən icra edilir. Belə ki, ölkənin rəqəmsal platformasını yaratmaqla, Mərkəz müasir informasiya texnologiyaları ilə vətəndaşların həyat şəraitini yaxşılaşdırmaq və dövlət xidmətlərinin əlçatanlığını təmin etməklə yanaşı rəqəmsal xidmətlərin əhali arasında təbliğatının da həyata keçirilməsində mühüm rol oynayır.