Lang Azərbaycan
Ehim

10 mart 2020 - 04:00

Google Map necə pul qazanır?

“Axtar bax ora getmək üçün Google Map hansı yolu göstərir?” Yəqin ki, texnologiyanın inkişaf etdiyi dövrdə bu cümlə çoxumuza tanışdır.

Google Map necə pul qazanır?

“Axtar bax ora getmək üçün Google Map hansı yolu göstərir?” Yəqin ki, texnologiyanın inkişaf etdiyi dövrdə bu cümlə çoxumuza tanışdır.

10 mart 2020 - 04:00

“Axtar bax ora getmək üçün Google Map hansı yolu göstərir?”

Yəqin ki, texnologiyanın inkişaf etdiyi dövrdə bu cümlə çoxumuza tanışdır. Əsasən də gedəcəyimiz yeri tapmayanda Google Map olmadan nə edəcəyimizi təsəvvür etmək çətindir. Özəlliklə, gənc nəsil başqasından yolu soruşmaq əvəzinə onlayn xəritədən istifadə etməyə üstünlük verir. Bəs bu qədər çox istifadə edilən və tamamilə pulsuz olan Google Map necə pul qazanır?

Google Map nəinki məkanlar arasındakı istiqaməti göstərir, hətta ərazidəki xəstəxanalar, mağazalar, əyləncə mərkəzləri, xidmət mərkəzləri və s. kimi yerlərin harda yerləşdiyi haqqında da məlumat verir. Onlayn xəritədən istifadə pulsuz olsa da, Google Map bir sıra üsullarla kifayət qədər gəlir əldə edir. Bu günə qədər Google Map-ın əldə etdiyi milyardlarla gəlirin növbəti üç ildə 11 milyard $-a qədər artması proqnozlaşdırılır.

Google Map-in ilk növbədə ən çox gəlir əldə etdiyi vasitə reklamlardır. Məsələn, Google-da hansısa məkan axtarışı edərkən top nəticədə çıxan adlar təsadüfdən ora yerləşdirilməyib. Həmin biznes adları siyahının əvvəlində görünmək üçün Google Map-a ödəniş edirlər. O cümlədən, bəzi tanınmış brendlər bu portala əlavə ödəniş edir ki, onların xəritədə çıxan simvollarını öz loqotipləri ilə əvəzləsin. Bu xidmət brendi göz önünə çəkmək və gəlir əldə etməklə yanaşı istifadəçi təcrübəsini də yaxşılaşdırır.

Google Map-ın digər gəlir mənbəyi Google Map API-dir (Google Map Tətbiqi Proqramlaşdırma İnterfeysi). Uber və Airbnb kimi nəhəng şirkətlər öz xəritə modulları olmadığından Google Map tətbiqetməsini öz tətbiqetmələrinə inteqrasiya edib.

Google Map ictimai nəqliyyat vasitələri ilə etdiyi əməkdaşlıqlardan da gəlir əldə edir. Bir nöqtədən digər nöqtəyə getmək üçün mövcud avtobusların siyahısının göstərilməsi buna nümunə ola bilər. Hətta, bir sıra böyük ölkələrdə taksi şirkətləri və cari qiymətləri də göstərilir ki, bu xidmət də ödənişli əsaslarla həyata keçirilir.

Müəllif: Aydan Abasquliyeva

0 Comments