17 mart 2020 - 04:00
Evdən işləmə modeli üçün ən çox istifadə edilən kommunikasiya alətləri
Son bir ayda Covid 19 virusunun dünyada yaratdığı təşviş və Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən pandemiya vəziyyətinin elan olması
17 mart 2020 - 04:00
Son bir ayda Covid 19 virusunun dünyada yaratdığı təşviş və Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən pandemiya vəziyyətinin elan olması biznes və menecmentə əslində əsaslı yenilik və dəyişikliklər gətirdi. İnsanlar və şirkətlər sosial izolyasiyanı təmin etmək üçün yeni yanaşmalara başladı. Google, Microsoft, Twitter, Apple, Amazon, Chevron, Salesforce, Spotify və s. kimi məşhur şirkətlər “işlərin evdən idarə olunması” (work from home) sistemini tətbiq etməyə başladı. İnsanlar arasında evdən işləmə modelinin internetin kəşfindən sonra meydana gəldiyi düşünülsə də əslində ilk evdən işləyən işçi 1970-ci illərin əvvəllərində NASA əməkdaşı olmuşdur.
Lakin müasir dövrdə evdən işlərin təşkil olunmasında əməkdaşlara kömək edəcək proqramlar və ya alətlər (tools) gərəkdir. Evdən işlərin təşkilində əməkdaşlar tərəfindən ən çox kommunikasiya üçün alətlərə ehtiyac duyulur. Biznesdə ən çox istifadə edilən və top 5-likdə olan kommunikasiya alətlərini sizə təqdim edirəm:
1. Asana – Komandaların müxtəlif tapşırıqlar formalaşdırmaq, tapşırıqları izləmək və nəticə əldə etmək məqsədilə yaradılmış proqramdır. Kimin hansı işdən məsul olduğunu və işi nə zaman yerinə yetirməli olduğunu göstərir , istifadəçilər fayllar yaradır, onları bir-birilə paylaşa bilirlər.
2. Bitrix – İntranet, çat, videokonfrans, təqvim, sənədlər, tapşırıqlar və daxili kommunikasiyanı vahid məkanda birləşdirən kommunikasiya və əməkdaşlıq platformasıdır.
3. Microsoft Teams - şirkətin bütün əməkdaşlarının çat, görüşlər, sənədlər və s. üçün birləşərək vahid platformada işləməsini təmin edən alətdir. Şirkətdaxili və ya xaricində 10 nəfərdən 10.000 nəfərədək səsli və görüntülü “web” konfranslar etmək mümkündür.
4. Slack – komandalar üçün müasir kommunikasiya və əməkdaşlıq alətlərindən biridir. Layihə üzrə beyin hücumu (brainstorming) sesiyalarının keçirilməsi, fayl və şəkillərin paylaşılması, tədbirlərin elanı və saysız emaillardan azad olaraq vaxta qənaet etmək üçün Slack unikal məkandır.
5. Zoom – çat, canlı və video konfransların keçirilməsi, görüşlərin idarə olunması, planlama, report və statistikaların paylaşılması nöqteyi nəzərdən istifadəçilər üçün əvəzolunmaz həlldir. Harada olmağınızdan və hansı şirkətdə çalışmağınızdan asılı olmayaraq bu alətlər sizin komandanızı bir araya gətirəcək, onların daimi ünsiyyətdə olmalarını və daha effektiv işləmələri üçün lazım olan vasitələri təmin edəcək.
Müəllif © Xəyalə Fətullayeva
0 Comments