Lang Azərbaycan
Ehim

17 mart 2020 - 04:00

COVID-19. Qorxu və stresin öhdəsindən necə gəlməli?

Dünyada koronavirus xəstəliyinin yayılması (COVID-19) insanlarda qorxu, narahatlıq, stress və depressiyaya səbəb ola bilər. Baş vermiş hadisəyə necə r

COVID-19. Qorxu və stresin öhdəsindən necə gəlməli?

Dünyada koronavirus xəstəliyinin yayılması (COVID-19) insanlarda qorxu, narahatlıq, stress və depressiyaya səbəb ola bilər. Baş vermiş hadisəyə necə r

17 mart 2020 - 04:00

Dünyada koronavirus xəstəliyinin yayılması (COVID-19) insanlarda qorxu, narahatlıq, stress və depressiyaya səbəb ola bilər. Baş vermiş hadisəyə necə reaksiya verməyiniz, keçmiş təcrübələrinizdən, xarakterinizdən, temperamentinizdən və yaşadığınız cəmiyyətdən asılıdır.

Yoluxucu bir xəstəliyin yayılması zamanı yaşadığınız stressə aid ola bilər:

Öz sağlamlığınızdan və yaxınlarınızın sağlamlığından qorxmaq və narahat olmaq;

Yuxu və ya yemək rejimində dəyişikliklər (yuxusuzluq və iştahsızlıq);

İş və digər məsələrə konsentrasiya olmaqda çətinlik;

Digər sağlamlıq problemlərinin pisləşməsi;

Alkoqol, tütün və ya digər asılılıq yaradan maddələrin istifadəsinin artması.

Bəs nə etmək lazımdır?

Özünüzə, dostlarınıza və ailənizə qayğı göstərmək, stresinizi azaltmağa kömək edə bilər. Başqalarının streslərini dəf etmələrinə kömək etmək öz ətrafınızı xəstəliyə qarşı fiziki həmdə mənəvi olaraq daha da gücləndirə bilər.

Bəs bunu necə edək?

Özünüzə dəstək olmaq üçün edə biləcəyiniz işlər:

1. Sosial media da daxil olmaqla xəstəlik haqqında xəbərləri izləmək, oxumaq və ya dinləməyə fasilə verin. Pandemiya haqqında dəfələrlə eşitmək sizi ümidsizliyə sürükləyə bilər.

2. Özünüzə qayğı göstərin. Dərin nəfəs alın, idman hərəkətləri və meditasiya edin. Sağlam, yaxşı yemək yeməyə, mütəmadi olaraq məşq etməyə, normal yuxu rejimi tətbiq etməyə diqqət göstərin, alkoqol və tütün maddələrinin ümumiyyətlə və ya aşırı istifadəsindən qaçının.

3. Zövq aldığınız digər işləri də etməyə çalışın. Başqaları ilə tez-tez ünsiyyət qurun. Narahatlıqlar və hissləriniz barədə etibar etdiyiniz insanlarla danışın.

4. Məlumatlı olun - Məlumatınızın olmadığını hiss etdiyiniz zaman daha çox stress keçirə bilərsiniz. Böhran zamanı, xüsusən də sosial mediada yalan söz-söhbətlər ola biləcəyini unutmayın. Həmişə mənbələrinizi yoxlayın və yerli idarəetmə orqanlarınız kimi etibarlı məlumat mənbələrinə müraciət edin. COVID-19 haqqında dəqiq məlumatı bildiyinizdə və bölüşdüyünüzdə həm özünüz, həm də digər insanlar düzgün şəkildə xəstəlikdən qorunmaq üçün tədbir görə və daha az stress keçirə bilərlər.

Hamınıza sağlamlıq və xoş gün arzulayıram.

Müəllif © Atəş Musazadə / Gənc Psixoloqlar İctimai Birliyinin İdarə Heyətinin üzvü

0 Comments