3 iyul 2020 - 04:00
Əşyaların İnternetinin (IOT(internet of things)) Faydaları Nələrdir?
Əşyaların İnterneti anlayışı yəni IOT(internet of things) texnologiyası ağıllı cihazların bir biriləri ilə əlaqədə olmasıdır.
3 iyul 2020 - 04:00
Əşyaların İnternetinin (IOT(internet of things)) Faydaları Nələrdir?
Əşyaların İnterneti anlayışı yəni IOT(internet of things) texnologiyası ağıllı cihazların bir biriləri ilə əlaqədə olmasıdır. Bu günlərdə əşyaların interneti kiçik ev əşyalarından böyük şəhərlərə qədər uzanır. Burada yaranan məlumatlar big data olaraq qarşımıza çıxır. Gedərək artan bir şəkildə, müxtəlif sənayələrdəki müəssisələr daha səmərəli işləmək, müştərilərə daha yaxşı xidmət təqdim etmək, qərar verməni inkişaf etdirmək və işin keyfiyyətini artırmaq, müştəriləri daha yaxşı başa düşmək üçün IOT texnologiyasından istifadə edir.
İngilis dilində İnternet of Things (IOT) olan, Əşyaların İnterneti ilk dəfə Kevin Aşton tərəfindən 1991-ci ildə hazırlanan bir təqdimatda istifadə olunmüş bir anlayışdır. Əşyaların İnterneti qol saatından tutmuş, bir çox elektrik cihazlarının birbiri ilə əlaqə saxlaması deməkdir.
Əşyaların İnternetinin Faydaları:
Əşyaların interneti, müəssisələrə aşağıdakıları etmələrinə şərait yaradan üstünlüklər verər:
• Ümumi iş proseslərini izləmək.
• Müştəri təcrübəsini inkişaf etdirmək.
• Vaxta və pula qənaət etmək.
• İşçilərin məhsuldarlığını artırmaq.
• Biznes modellərinin inteqrasiyası və uyğunlaşdırılması.
• Daha yaxşı biznes qərarları vermək.
• Daha çox gəlir əldə etmək.
IOT şirkətləri öz müəssisələrinə, sənaye sahələrinə və bazarlara münasibətlərini yenidən düşünməyə təşviq edir və onları biznes strategiyalarını inkişaf etdirmək üçün vasitələrlə təmin edir. Ən çox istifadə olunmuş üstünlüklərdən biri, müəssisələrin təqdim etdiyi sənaye internet şəbəkələrinin proqnozlaşdırılmasıdır. Məsələn, şirkətlərə bu problemləri baş verməzdən əvvəl, bir hissəsinin xarab olmadan və ya bir maşın sıradan çıxmadan əvvəl həll etmək üçün tədbirlər görməyə imkan verir.
Aktiv izləmə başqa bir IOT faydasıdır. Təchizatçılar, istehsalçılar və müştərilər, təchizat zənciri boyu məhsulların yerini və vəziyyətini izləmək üçün aktiv idarəetmə sistemlərindən istifadə edə bilərlər. Sistem , məhsul zədələnibsə və ya ziyan görmə riski varsa, vəziyyəti düzəltmək üçün təcili və ya profilaktik tədbirlər görmək imkanı verərək, maraqlı tərəflərə dərhal xəbərdarlıqlar göndərir.
IOT daha çox müştəri məmnuniyyətini təmin edir. Məhsullar İnternetə qoşulduqda, istehsalçı müştərilərin məhsullarından necə istifadə etmələri barədə məlumat toplaya və təhlil edə bilər. İstehsalçıların və məhsul dizaynerlərinə gələcək IOT cihazlarını uyğunlaşdırmağa və daha çox istifadəsi asan məhsul yaratmağa imkan verir.
Əşyaların İnterneti nümunələri nələrdir?
Nest: Google tərəfindən 2014-cü ilin yanvar ayında 3,2 milyard dollara satın alınan Nest ilə evinizin / ofisinizin istiliyini xaricdən idarə edə bilərsiniz. Bundan başqa Nest-də tüstü detektoru da var və hər hansı fövqəladə vəziyyətdə tətbiq sizi xəbərdar edir.
Hapifork: Ağıllı bir çəngəl olan Hapifork, sürətli yediyinizdə və ya gün ərzində daha çox yemək yediyinizdə sizi xəbərdar edir və düzgün qidalanmanızı dəstəkləyir.
Micoach Smart Ball: Adidas markası altında istehsal olunan bu ağıllı top ilə; Neçə cərimə zərbəsi vurmusunuz, neçə kilometr sürətlə vurduğunuz və hansı ayaqla neçə qol vurduğunuz kimi məlumatları tətbiq vasitəsi ilə izləyə bilərsiniz. Dostlarınızla da müqayisə edə bilərsiniz.
Smart Things: Smart Things hazırda ağıllı evlər üçün ən çox seçilən məhsullardan biridir. Məhsulu smartfonunuzdakı dəstəklənən cihazlarla birləşdirərək, səhər oyandığınız zaman qəhvənizi hazırlanmağa başlaya bilər və ya evə gəldiyiniz zaman işıqlar və ya musiqi sistemi avtomatik olaraq yandırıla bilər.
Babolat: Babolat, ağıllı bir raket; Bu tennisçilərin vuruş sürətini, vuruş bucaqlarını və topu hansı əl / stil ilə vurduğunu izləyir. Sonra tətbiqetmə vasitəsi ilə dərhal istifadəçiyə statistika göstərə bilər.
Edyn: Edyn, bağlar üçün hazırlanmış ağıllı bir məhsul. Torpaqda nəyin əkilməsi, necə əkilməsi və torpağı nə qədər fasilələrlə suvarılması barədə təkliflər verir.
Dropcam: Nest tərəfindən 555 milyon dollara satın alınan Dropcam, evinizə quraşdırılmış kameralarla birlikdə smartfonda və ya PC-də izləmək imkanı təqdim edir. Kameralar da böyütmə qabiliyyətinə malikdir və çəkilən şəkillər bulud texnologiyasında saxlanılır
Ring: Ağıllı zəng istehsalçısı Ring, Amazon tərəfindən 1 milyard dollardan çox qiymətə satın alındı. Evdən kənarda olarkən bu zənglə evinizə kimin gəldiyini də görə bilərsiniz.
August: Ağıllı bir kilid istehsalçısı olan avqust sayəsində qapıda qalma anlayışı ortadan qaldırılır. İndi mobil telefonunuzla evə girməyin vaxtı gəldi.
Qeyd: Məqalə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“ASAN Xidmət”) Elektron Hökumətin İnkişafı Mərkəzinin keçirdiyi “Rəqəmsal Jurnalistikaya Doğru” mövzusunda təlimin ikinci mərhələsi çərçivəsində hazırlanıb.
Müəllif: Rasim Abdurəhmanov
0 Comments