6 iyul 2020 - 04:00
“Ağıllı Cihaz”la biznesi necə inkişaf etdirmək olar?
Yeni rəqəmsal dünyada sadəcə bir smartfon üzərindən bütün cihazları, hətta evləri də idarə etmək mümkündür. Bu cür sistemə dünyada “IoT” yəni, “Əşyala
6 iyul 2020 - 04:00
Yeni rəqəmsal dünyada sadəcə bir smartfon üzərindən bütün cihazları, hətta evləri də idarə etmək mümkündür. Bu cür sistemə dünyada “IoT” yəni, “Əşyaların interneti” deyilir. Bu termin özündə internetə çıxış imkanı olan bütün cihaz və avadanlıqlar hesab edilən kompüter, notbuk, smart telefonlar və digər qurğular vasitəsilə məlumatların toplanması, ötürülməsi və əldə olunan məlumatlar əsasında qərar qəbuletmə prosesinin effektivliyinin artırılması nəzərdə tutulur.
Avropada, Amerikada geniş yayılan bu sistemlərə son vaxtlar ölkəmizdə də maraq artmaqdadır. Çinlilər isə biraz daha irəli gedərək ağıllı cihazları kosmosdan idarə etməyi hədəfləyir. Çin höküməti bunun üçün orbitə yaxın zamanda 3 ədəd peyk göndərməyi planlaşdırır.
Bəs yaxşı, ölkəmizdə vəziyyət nə yerdədir? Ötən il “Microsoft”un dəstəyi ilə yaradılan laboratoriyada bu istiqamətdə müxtəlif həllərin həyata keçirilməsini nəzərdə tutulub.
Hazırda pandemiya şəraitində belə texnologiyalardan istifadə həm insanların işlərini asanlaşdırır, həm də hər kəsin sözügedən texnologiya barəsində məlumatlı olmasına şərait yaradır. Dünyada olduğu kimi, ölkəmizdə də müxtəlif sahələrdə “Əşyaların interneti”nin tətbiqi insanlar üçün geniş imkanlar vəd edir.
Müasir müəssisələr iş əməliyyatlarını sadələşdirmək və səmərəliliyi artırmaq üçün “IoT” texnologiyasından istifadə edə və ofis xərclərini müəyyən qədər azalda bilərlər. Belə ki, kənd təsərrüfatı istiqamətində fəaliyyət göstərən müəssisə məhsuldarlıq səviyyəsinin artırılması üçün anbarlarına “IoT” proqramı quraşdırıraq bir çox prosesi avtomatik həyata keçirə bilər. Bu isə öz növbəsində şirkət əməkdaşlarının digər vəzifələrinə vaxt ayırmaları üçün əlavə imkan yaradır. İş yerlərində aylıq kommunal xərclərin azaldılması istiqamətində sadə və təsirli bir yol hesab edilən, bu cür ağıllı cihazların quraşdırılması nəticəsində həmçinin, elektrik enerjisini də qənaət edilir.
Bundan başqa, “Əşyaların interneti” böyük şirkətlərin məhsul və xidmətlərini reklam etmək üçün istifadə etdiyi strategiyalara əhəmiyyətli dərəcədə təsir göstərib. İnformasiyaların vahid platforma üzərində toplanması müəssisələrin bahalı bazar araşdırmalarına və ya reklam xidmətlərinə çəkdikləri xərcləri kifayət qədər azaldır.
“IoT” cihazlarının ən böyük üstünlüklərindən biri də işçilərə uzaqdan əlaqə qurmaq və işləmək imkanını verməsidir. İşçilərin məsafədən işləməsinə icazə vermək isə ofis xərclərinin əhəmiyyətli dərəcədə azalmasına gətirib çıxarır. Tədqiqatlar da onu göstərir ki, işçilər məsafədən işlədikdə daha xoşbəxt və məhsuldar olurlar. Bunun əsas səbəbi isə çalışanların stresli ofis şəraitindən uzaqda olmalarıdır.
“IoT” texnologiyası müasir müəssisələr üçün sonsuz imkanlar təqdim edir və müxtəlif istiqamətlərdə iş əməliyyatlarını artırmaq üçün tətbiq edilə bilər. Xüsusilə, “IoT” cihazları iş əməliyyatlarını asanlaşdırmaq, məhsuldarlığı artırmaq, müştəri təcrübəsini yaxşılaşdırmaq və nəticədə xərclərin düzgün istiqamətdə bölüşdürülməsində olduqca faydalı bir həll yoludur. Bütün şirkətlər bu texnologiyalardan faydalanmalı, böyümə və qazanc əldə etmək üçün istifadə etməlidirlər.
Onu da qeyd edim ki, cari ildə “Əşyaların interneti” cihazlarının sayının 30 milyarda çatacağı və bazar dəyərinin 7,1 trilyon dollara çatacağı proqnozlaşdırılır.
Məşhur bir ifadə də deyildiyi kimi gələcək artıq gəlib, lakin bərabər istiqamətdə paylanmayıb. Doğru zamanda atılan doğru addımlar sayəsində “Əşyaların İnterneti” sürətli inkişafa keçə bilər.
Müəllif: Faiq Abasquliyev
0 Comments