Lang Azərbaycan
Ehim

21 iyul 2020 - 04:00

Bunları bilirdinizmi?

Bu bloqda hər kəsə lazım ola biləcək 5 maraqlı alətdən bəhs ediləcək. Onların hər birinin oxucalara faydalı olacağı və həyatlarını daha da asanlaşdıra

Bunları bilirdinizmi?

Bu bloqda hər kəsə lazım ola biləcək 5 maraqlı alətdən bəhs ediləcək. Onların hər birinin oxucalara faydalı olacağı və həyatlarını daha da asanlaşdıra

21 iyul 2020 - 04:00

Bunları bilirdinizmi? Bəzən texnologiya ilə bağlı gündəlik vərdişlərimizə nəzər yetirsək, uzun yollardan istifadə etdiyimizi və dəyərli zamanımızı necə israf etdiyimizi görə bilərik. Halbuki, axtarıb araşdırsaq, uzun vaxt aparan addımları qısa zamanda həyata keçirmək üçün nə qədər üsullar tapa bilərik. Bəs onda bir çox texnoloji qısa yollar mövcudkən hələ də bir sıra addımları ənənəvi yollarla etməyə niyə davam edək ki? Bu bloqda hər kəsə lazım ola biləcək 5 maraqlı alətdən bəhs ediləcək. Onların hər birinin oxucalara faydalı olacağı və həyatlarını daha da asanlaşdıracağına şübhə edilmir.

Problem 1

Hər hansı bir araşdırma aparıram və yüzlərlə səhifələri olan elektron məqalələrinin içində itib batmışam. Aralarında hansının mənə lazım olduğunu bilmək üçün bunların hamısını sürətli oxuma üsulu ilə bir-bir nəzərdən keçirirəm.


Həll: TDLR adlı Google Chrome əlavəsini yükləyərək bu problemdən azad olmaq mümkündür. Belə ki, bu əlavə kömək edir ki, siz səhifə sayından asılı olmayaraq istənilən ölçüdə elektron məqalənin, bloqun və ya hər hansı bir yazının qısa məzmununun çıxarışını edərək bir neçə saniyədə onun sizin işinizə yarayıb-yaramaması haqqında fikir əldə edə biləsiniz.

Link: https://chrome.google.com/webstore/detail/tldr-summarize-anything/lglnmbpmjmmnlcljhhfnijkjcebnomjk?hl=en


Problem 2

Google Chrome-da veb-səhifələrin birini təsadüfən bağladım. Onu geriyə qaytarmaq üçün “Tarixçə”yə keçid edib oradan “Yenicə bağlanmış səhifələr” siyahısından müvafiq səhifə adına klik edirəm.


Həll: “Ctrl+Shift+T” kombinasiyasını basaraq əvvəllər 3 addımda əldə olunan nəticəni indi 1 anda edə bilərsiniz.


Problem 3

Microsoft PowerPoint proqramında təqdimat hazırladıqdan sonra onu .ppt formatında yaddaşda saxlayır, auditoriyaya slayd-şou şəklində göstərmək üçün isə ilk öncə təqdimatı açır, sonra proqramın aşağı hissəsində “Slayd-Şou” düyməsinə klik edirəm.


Həll: Təqdimatın hazırlanmasını tam bitirdikdən sonra onu yaddaşda .ppt deyil, .pps (və ya .ppsx) formatından saxlasanız, təqdimata klik edən kimi o bir-başa slayd-şou olaraq açılacaq. Beləliklə, təqdimatı hazırlamaq üçün istifadə etdiyiniz alətlər və bir sıra auditoriyaya göstərilməsi vacib olmayan düymələr bəri-başdan görünməz olaraq qalacaqdır.


Problem 4 Riyazi bir misalı təcili həll etməliyəm və bunun üçün kağız və qələmlə ənənəvi qaydaya üz tuturam.


Həll: Bu sizin neçə dəqiqənizi alır? 5? 10? Hətta bəzən daha çox? Əlbəttə ki, hər hansısa riyazi qaydaları unutmaq çox normal və təbii haldır. Buna görə də “Photomath” adlı bir əlavə mövcuddur, hansı ki, istənilən zaman kitabda, kağızda və ya hər hansısa bir monitorda olan məsələni 1 göz qırpımında həll edərək cavabını həll yollarıyla birgə sizə təqdim edir. Sizdən tələb olunan “Photomath” əlavəsinə daxil olaraq lazım olan misalın şəklini çəkməkdir və budur, bir göz qırpımında nəticə əlinizdə olur!

Link: https://www.photomath.net/en/


Problem 5 YouTube-a video yerləşdirirəm və arxa fonda istifadə etdiyim musiqinin müəllif hüquqlarına görə videom bir müddət sonra silinir. Yenidən fərqli musiqi ilə yerləşdirməyimə baxmayaraq bu bir neçə dəfə təkrar olunur və nəticədə zaman itirmiş oluram.


Həll: YouTube Audio Library-ə keçid edərək yükləyə biləcəyiniz və videonuza yerləşdirə biləcəyiniz geniş çeşiddə musiqilər tapa bilərsiniz.

Link: https://www.youtube.com/user/AudioLibraryEN


Müəllif: Aydan Abasquliyeva

0 Comments