Lang Azərbaycan
Ehim

6 oktyabr 2020 - 04:00

VPN-dən istifadə niyə təhlükəlidir?

Təəssüf ki, VPN-dən istifadə etməyin yaratdığı risk və təhlükələrdən bir çox istifadəçi xəbərsizdir. Elə isə gəlin bu təhlükələrə birlikdə nəzər salaq

VPN-dən istifadə niyə təhlükəlidir?

Təəssüf ki, VPN-dən istifadə etməyin yaratdığı risk və təhlükələrdən bir çox istifadəçi xəbərsizdir. Elə isə gəlin bu təhlükələrə birlikdə nəzər salaq

6 oktyabr 2020 - 04:00

Hazırda, Azərbaycanın cəbhə xəttində Qarabağ uğrunda gedən döyüşlər müddətində təhlükəsizliyin təmin edilməsi məqsədilə internetin sürəti və sosial şəbəkələrin istifadəsində dövlət tərəfindən bir sıra məhdudiyyətlər tətbiq edilməkdədir. Bu səbəbdən bəzi vətəndaşlar VPN proqramlarından istifadə edirlər. Təəssüf ki, VPN-dən istifadə etməyin yaratdığı risk və təhlükələrdən bir çox istifadəçi xəbərsizdir.

Elə isə gəlin bu təhlükələrə birlikdə nəzər salaq:

1. Onlayn aktivliyinizin üçüncü şəxslər tərəfindən izlənməsi

Əgər VPN istifadə edirsinizsə, əmin olun ki, sizin bütün addımlarınız izlənilə və hətta, şəxsi məlumatlarınız maraqlı tərəflərə sızdırıla və ya satıla bilər.

2. Cəsus proqramlarının cihazınıza yüklənmə təhlükəsi

VPN istifadə edərkən, xakerlər cihazınıza cəsus proqramları yükləyə bilərlər və bunun nəticəsində həm cihazınıza, həm də məlumat təhlükəsizliyinizə ciddi şəkildə zərər gələ bilər.

3. İnternet sürətininin zəifləməsi

VPN proqramları internet sürətini zəiflədir və bu da sizin digər məhdudlaşdırılmamış proqram və veb-saytlardan istifadənizi yavaşlada bilər.

4. Reklam yağışına məruz qalınması

İstifadəçilərin böyük əksəriyyəti pulsuz VPN proqramlarından istifadə edirlər və bu tip proqramlar gəlirlərini reklamlardan əldə edirlər. Bu səbəbdən, siz həm özünüzə aid olmayan saysız-hesabsız reklamlarla üzləşə, həm də cihazınızı bu reklamların daxilində gizlənən “malware” (zərərli proqram) və viruslara məruz qoya bilərsiniz.

5. VPN vasitəsilə düşmən tərəfinə məxfi məlumatların ötürülməsi

Hazırki vəziyyətdən istifadə edən mənfur düşmənlərimiz fərdi şəxslərin cihazlarına və şəxsi məlumatlarına sızmaq üçün əllərindən gələni əsirgəmirlər. Azərbaycanda internetlə bağlı məhdudiyyətləri fürsət bilərək Ermənistan informasiya müharibəsini VPN üzərindən aparır. Ermənistan tərəfindən ərsəyə gətirilmiş “Turbo VPN” və “VPN 360” proqramlarını yükləyərək milli ordumuzun zərərinə işləyə biləcək məxfi məlumatları öz əllərinizlə düşmən tərəfinə ötürmüş olursunuz.

Bütün bu səbəbləri nəzərə alaraq, məcbur qalmadığınız təqdirdə VPN-dən istifadə etməməyiniz tövsiyə edilir. VPN istifadə etdiyiniz zamanlarda məxfi məlumatlarınızı heç bir veb-sayt və ya portala yazmayın. Nəzərə alın ki, daxil etdiyiniz kredit kart məlumatları, sosial media və e-mail şifrələri üçüncü şəxslər tərəfindən asanlıqla ələ keçirilə bilər.

0 Comments