Lang Azərbaycan
Ehim
  • Ana səhifə /
  • Bloqlar /
  • Elektron hökumət quruculuğunda istifadəçi (vətəndaş) iştirakının təmin edilməsi yolları

2 mart 2021 - 04:00

Elektron hökumət quruculuğunda istifadəçi (vətəndaş) iştirakının təmin edilməsi yolları

Qloballaşma prosesinin sürətlə artması və daha yayğınlaşması ilə birlikdə, ölkələrin də xidmət sahələrində ve eyni zamanda təklif olunan dövlət vətənd

Elektron hökumət quruculuğunda istifadəçi (vətəndaş) iştirakının təmin edilməsi yolları

Qloballaşma prosesinin sürətlə artması və daha yayğınlaşması ilə birlikdə, ölkələrin də xidmət sahələrində ve eyni zamanda təklif olunan dövlət vətənd

2 mart 2021 - 04:00

Qloballaşma prosesinin sürətlə artması və daha yayğınlaşması ilə birlikdə, ölkələrin də xidmət sahələrində ve eyni zamanda təklif olunan dövlət vətəndaş münasibətlərində qeyd olunan modellərə uyğunluq və sürətli formada inteqrasiya tələb olunur. Bu prosesdə elektron hökumət tətbiqləri, xüsusilə də birbaşa vətəndaşlar üçün təklif olunan həllərin daha əlçatan olması və sürətli formada vətəndaş istifadəsinə təqdim edilməsi üçün müəyyən həllər təklfi olunur, hazırlanır və daha təkmilləşmə prosesinə cəlb olunur. Araşdırma mövzumuzda biz əsas iki başlıq üzərindən davam edəcəyik. İlk olaraq eketron hökumət nədir sualının cavabını tapmağa çalışacağıq. İkinci mərhələdə isə vətəndaş iştirakı yolları, qlobal praktika nümunələri elektron hökumət və vətəndaş iştirak proseslərini daha yaxından tanış olacağıq.

Elektron hökumət nədir?

Elektron hökuməti termin və fəaliyyət sahəsi olaraq 1993-cü ildə ilk dəfə ABŞ da “Beynəlxalq Performans Araşdırma Mərkəzi” tərəfindən tərif olaraq təqdim edildiyini görmək olar. Ancaq bu zaman müəyyən araşdırmalardan sonra elektron hökümət anlayışının heç də sadə formada olmadığı ortaya çıxır.

Bəzi qaynaqlarda var olan məlumatlara əsasən :

1. Elektron hökumət sosial bilgiyə və eyni zamanda vətəndaşların dövlət xidmətlərinə birbaşa olaraq əlçatanlıq prinsipi,

2. Hökumətlərin, vətəndaşlarına internet yolu ilə müəyyən veb resurslarla birbaşa olaraq idarəetmə prinsipli xidmətdən – vətəndaş yönümlü xidmətə keçid,

3. Dövlət hökumət müəssisələrində internet xidmətlərinin yayğın istifadəsi ilə əhali arasında xidmət keyfiyyətinin daha düzgün qiymətləndirilməsinə,

4. Hökumət idarə təşkilatlarında iş faydalılıq prinsiplərinin daha da artırılması,

5. Hökumət və vətəndaş arasında daha ideal və davamlı münasibət qurulması,

6. Eyni zamanda hökumət tərəfindən təqdim olunan xidmətlərlə biznes sahələri üçün xidmətlərin əlçatanlığı, minimum vaxt itkisi, minimum hiyerarxiya.

Elektron hökumət və Ənənəvi hökumət (cədvəl 1)

Cədvəl 1


Vətəndaş iştirakı

Elektron hökumət vətəndaşlarını sosial qrup olaraq deyil, ayrı-ayrılıqda fərd olaraq görür. Bu proses eyni zamanda yeni toplum anlayışının və vətəndaş gücünün simvoludur. Əsasən yeni xidmətlərin, var olan xidmətlərin təkmilləşdirilməsi və bütün bu proseslərlə bağlı olaraq sosyal medya reklamları, televiziya reklamları, təşviq metodlarını misal göstərmək olar. Elektron hökumətin vətəndaş yararları barəsində bir neçə əsas başlıqla qeyd edə bilərik. (cədvəl2)

Cədvəl 2



Elektron hökumət xidmətlərin vətəndaşların təşviq edilməsi üçün qeyd olunan nüanslar istər dövlət istərsə də vətəndaş münasibətləri üçün əsas rol oynayır. Unutmaq lazım deyil ki , “ Dövlətin vətəndaşlarına qarşı yerinə yetirməklə borclu olduğu xidmət və vəzifələrin, eyni zamanda vətəndaşların dövlətə qarşı olan xidmət və borclu məqamlarının onlayn elektron vasitələrlə qarşılıqlı olaraq yerinə yetirilməsi prosesidir.”

Qeyd: Bu məqalə 2-ci "Rəqəmsal Jurnalistikaya doğru" proqramının müsabiqə mərhələsi üçün yazılıb. 

Müəllif: Murad Həmidov

Tarix: 18.12.2020

0 Comments