Lang Azərbaycan
Ehim

2 mart 2021 - 04:00

Vətəndaş-məmur münasibətlərini elektron münasibətlərə çevirmək

Prezident İlham Əliyevin müəyyən etdiyi dayanıqlı inkişaf konsepsiyasına uyğun olaraq, Azərbaycan hökuməti son illər idarəetmənin bütün sahələrində mü

Vətəndaş-məmur münasibətlərini elektron münasibətlərə çevirmək

Prezident İlham Əliyevin müəyyən etdiyi dayanıqlı inkişaf konsepsiyasına uyğun olaraq, Azərbaycan hökuməti son illər idarəetmənin bütün sahələrində mü

2 mart 2021 - 04:00

Prezident İlham Əliyevin müəyyən etdiyi dayanıqlı inkişaf konsepsiyasına uyğun olaraq, Azərbaycan hökuməti son illər idarəetmənin bütün sahələrində müasir texnologiyaların nailiyyətlərindən istifadə olunması və mütərəqqi beynəlxalq təcrübənin tətbiqi ilə bağlı xeyli iş görmüşdür. Əksər dövlət qurumları vətəndaşlara göstərilən xidmətləri elektron vasitələrdən geniş istifadə etməklə həyata keçirməyə başlamış, elektron məlumat bazaları yaradılmışdır.

Lakin, Azərbaycanda bir sıra sahələr var ki, hazırki pandemiya dövründə məhz bu sahələrin elektronlaşdırılmasına ehtiyac var. Ölkəmizdə koronavirus pandemiyasının (COVİD-19) yayılmasının qarşısının alınması ilə əlaqədar Nazirlər Kabineti yanında Operativ Qərargahın tələbləri nəzərə alınaraq bir sıra fəaliyyət növlərinin davam etdirilməsində məhdudiyyətlər tətbiq olunub. Yəni hazırki qərara əsasən aptek və ərzaq mağazaları istisna olmaqla digər bütün sahələr üzrə yerində xidmətlər dayandırılıb. Bildiyimiz kimi vətəndaşların gündəlik olaraq aptek və ərzaq mağazalarına axın etməsi virusun yayılmasının ən böyük səbəblərindən biridir.

Bəs bunun həlli yolu nədir?

Fikrimcə dərman satışı ilə bağlı Azərbaycanda vahid mərkəzləşdirilmiş elektron bir sistem yaradılmalıdır. Vətəndaşlar rahat şəkildə istənilən məkandan həmin sistmə daxil olaraq dərmanların qiymətini, dərmanlar haqqında ümumi məlumatı əldə edə bilərlər. Təsəvvür edin son günlər COVİD-lə bağlı olan dərmanların qiyməti 4-5 dəfə hətta bəzi apteklərdə 7-8 dəfə baha satılır. Bununla yanaşı bir çox apteklər də var ki, COVİD-in müalicəsi üçün istifadə olunan dərmanların satışda olmadığını deyirlər. Müvafiq dövlət qurumlarının dəfələrlə xəbərdarlıq etmələrinə baxmayaraq apteklər satılan dərmanları dəfələrlə bahalaşdırıb. Lakin dərmanlarla bağlı vahid elektron baza olarsa hər bir vətəndaş rahat şəkildə istədiyi dərmanı tapa bilər, həmçinin bu dərmanı elektron şəkildə sifaiş verə bilər. Sistemə həm reseptlə həm də reseptsiz satılan dərmanları daxil etmək olar. Düşünürəm ki, hazırki pandemiya dövründə bu xidmətin tam olaraq elektronlaşdırılması vacib bir addımdır.

Bundan başqa yaxşı olar ki, bir neçə böyük ərzaq mağazaların da vahid elektron baza xidmətləri olsun. Düzdür iri marketlər şəbəkələrinin hər birinin özünə məxsus proqram təminatları, saytları var. Lakin bunlar tam olaraq vətəndaşlar üçün əlçatan deyil. Düşünürəm ki, bu sahədə müəyyən addımlar atmaq olar.

Digər məqam yaxşı olar ki, Yol Polisi ilə bağlı bir sıra xidmətlər elektron formada əhaliyə təqdim olunsun. Məsələn avtomobillərin dövlət qeydiyyat nişanı ilə bağlı vahid baza yoxdur. Yaxşı olardı vətəndaşlar almaq istədiyi dövlət nömrəni nişanının elektron bazada olub-olmadığını yoxlasın və qanunvercilik çərçivəsində dövlət rüsümunu ödəməklə həmin dövlət nişanı əldə edə bilsin. Həmçinin avtomobilləri texniki baxışdan keçirmək üçün elektron növbələrin tətbiqi, müəyyən rüsümların elektron qaydada verilməyi və s. Bütün bunların öz növbəsində vətəndaş-məmur münasibətlərinin daha sağlam prinsiplər üzərində qurulmasına xidmət edəcəkdir. Çünki aparılan islahatların əsas xətlərindən birini korrupsiya ilə mübarizənin daha da sərtləşdirilməsi və vətəndaş-məmur münasibətlərinin daha sağlam prinsiplər üzərində qurulması təşkil edir. Bir sözlə məmur-vətəndaş münasibətlərinin sağlam əsaslar üzərində qurulması bütövlükdə dövlətin güclənməsinə xidmət edir.

Qeyd: Bu məqalə 2-ci "Rəqəmsal Jurnalistikaya doğru" proqramının müsabiqə mərhələsi üçün yazılıb. 

Müəllif: Orxan Kərimov ("Salam News" Informasiya Agentliyi, Müxbir)

Tarix: 18.12.2020  

0 Comments