Lang Azərbaycan
Ehim
  • Ana səhifə /
  • Bloqlar /
  • İşin içində şəffaflıq var - Mövcud elektron hökümət həlləri, onların gündəlik həyatımızda rolu və faydaları

2 mart 2021 - 04:00

İşin içində şəffaflıq var - Mövcud elektron hökümət həlləri, onların gündəlik həyatımızda rolu və faydaları

İnternet dövrümüzdə insana hava-su kimi lazımdır. İnternet həyatımızı elektrik, mətbəə, telefon qədər dəyişdirdi. Yalnız bir ünsiyyət vasitəsi deyil,

İşin içində şəffaflıq var - Mövcud elektron hökümət həlləri, onların gündəlik həyatımızda rolu və faydaları

İnternet dövrümüzdə insana hava-su kimi lazımdır. İnternet həyatımızı elektrik, mətbəə, telefon qədər dəyişdirdi. Yalnız bir ünsiyyət vasitəsi deyil,

2 mart 2021 - 04:00

İnternet dövrümüzdə insana hava-su kimi lazımdır. İnternet həyatımızı elektrik, mətbəə, telefon qədər dəyişdirdi. Yalnız bir ünsiyyət vasitəsi deyil, bir çoxumuz üçün gündəlik həyatın bir parçası halına gəldi. Bu texnologiyanın köməyilə bir çox mövzuyla əlaqədar məlumata asan, sürətli və etibarlı bir şəkildə çata bilirik. Kompyuter texnikası artıq gündəlik həyatımızın ayrılmaz tərkib hissələrindən birinə çevrilib.

Günü-gündən qloballaşan dünyamızda artıq insanlar həyatlarını İnformasiya-kommunikasiya texnologiyaları olmadan təsəvvür edə bilmirlər. Müstəqillik qazandıqdan sonra respublikamızda bütün sahələrin inkişafına xüsusi diqqət ayrılmışdır.XXI əsrin əvvəllərindən başlayaraq ölkəmizdə İKT-nin sürətli inkişafı, “Elektron hökumət”in formalaşdırılması istiqamətində görülən işlər də bunun əyani sübutudur.Beynəlxalq təcrübəyə əsaslanaraq respublikamızda artıq təməli qoyulmuş “Elektron hökumət” insanların problemini yerindəcə həll etməyə,dövlət qurumlarında göstərilən xidmətlərin şəffaflaşdırılmasına xidmət edir.

Elektron xidmәt", "Elektron hökumәt" layihәlәri rüşvәtxorluğa qarşı atılan çox önәmli addımlardır"

Prezident İlham Əliyev.

Elektron hökumət (e-hökumət) – informasiya cəmiyyətinə xas olan dövlət idarəçiliyidir . Düşünürəm ki, ölkəmizdəbu cür problemlərlə üzləşən minlərlə insanlar var.Ancaq bu barədə məlumatlı olmadıqları üçün elektron xidmətlərdən hərtərəfli yararlana bilmirlər.Hazırda əhalini bu sahədə məlumatlandırmaq, göstərilən xidmətlərin keyfiyyətini yüksəltmək istiqamətində bir sıra addımlar atılmaqdadır.Artıq bir müddətdir ki, istifadəyə verilmiş “Elekton Hökumət Portalı” (www.e-gov.az) həm əhalini maarifləndirməyə,həm də elektron xidmətlərin istifadəsinə geniş şərait yaradır. Portalda mütəmadi olaraq yeniliklər barədə məlumatlar verilir,həmçinin əhaliyə göstərilən xidmətlərin sayı getdikcə artırılır.Portalın “Facebook” səhifəsindən istifadə edənlərin sayı da günü-gündən artmaqdadır.Burada istifadəçilərin sualları tam şəkildə cavablandırılır, müzakirələr aparılır, eyni zamanda müxtəlif xidmətlər təklif edilir. Bundan başqa əhalini “Elektron hökumət”in ustünlükləri ilə tanış etmək məqsədilə maarifləndirmə kursları da təşkil olunur. Bu kursların bölgələrdə də təşkil olunması xüsusilə diqqətəlayiqdir. Rabitə və İnformasiya Nazirliyinin verdiyi məlumata görə bu kurslar gələcəkdə də davam etdiriləcək.Hazırda “Elektron hökumət” portalında əhalinin istifadəsinə verilmiş xidmətlərin sayı 236-ya çatdırılmışdır.Vətəndaşlar“www.e-gov.az”portalında qeydiyyatdan keçməklə bu xidmətlərdən daha geniş istifadə edə bilərlər,amma qeydiyyatdan keçmədən də bir sıra xidmətlərdən yaralanmaq mümkündür.

Günümüzdə E-Azərbaycan, Elektron Hökumət, E-Təhsil, E- Məktəb, E-Müəllim, E-Dərslik, E-Dərs, E-Kitab, E-Jurnal, E-İmza, E-xəritə, E- poçt ,E-məktub,E-Xidmət,E-Ticarət ifadələri gündəlik həyatımızda müntəzəm işlətdiyimiz və istifadə etdiyimiz məfhumlara çevrilmişdir

Yaradılan imkanların əsas məqsədi sosial xidmət təminatında dövlət qulluqçuları və vətəndaşlar arasında olan “məsafəni” azaltmaq, həmçinin, bu münasibətləri sadələşdirmək və şəffaflaşdırmaqdır. Dövlət orqanları tərəfindən e-xidmətlərin geniş tətbiqi, onların sayının və keyfiyyətinin artırılması, vətəndaşların xidmətlərdən məmnunluğunun yüksəldilməsi bu məqsədə çatmağın vasitələridir. Beynəlxalq təcrübəyə əsasən vətəndaşların dövlət orqanları ilə təmaslarının daha münasib şəkildə təşkili üçün “bir pəncərə” prinsipi əsasında təşkil olunan və dövlət orqanlarının göstərdiyi e-xidmətlərin cəmləşdirildiyi “Elektron hökumət” portalı tətbiq edilir.

Son illər ölkəmizdə müxtəlif sahələrdə məqsədyönümlü inkişaf siyasəti müəyyənləşdirilmiş və uğurla həyata keçirilməkdədir. Mövcud informasiya sistemləri və ehtiyatları arasında səmərəli məlumatlandırma mübadiləsinin təmin olunması, eyni məlumatların müxtəlif mənbələrdə formalaşmasını aradan qaldırmaq üçün artıq vahid informasiya portalları yaradılır və istifadəyə verilir.

Artıq bir neçə müddətdir ki, ölkəmizdə fəaliyyətə başlayan “Asan Xidmət”-in də E-hökumətə inteqrasiya edilməsinə hazırlıq gedir. Mobil autentifikasiya sertifikatları mərkəzinin yaradılması, onlayn qeydiyyat, mobil operatorların 2G və 3G şəbəkələri üzərindən internetin respublikamızın bütün regionlarında əlçatan olması e-xidmətlərin inkişafına və genişlənməsinə zəmin yaratmışdır.

E-hökumət portalının sosial şəbəkələrdə maarifləndirmə məqsədi ilə paylaşmalar etməsi, Məlumat Hesablama Mərkəzinin(MHM) fəaliyyəti doğrudan da təqdirəlayiqdir.

Ölkəmizdə "Elektron hökumət"in vaxta qənaət, əlverişli, sürətli, keyfiyyətli, fasiləsiz, şəffaf, rahat, etibarlı olması kimi əsas üstünlükləri var.

İnformasiya və telekomunikasiya texnologiyalarının müasir mahiyyəti “Elektron- Hökumət” Proqramı şəklində dövlət xidmətlərinin təqdimatıdır. www.e-gov.az Hal-hazırda Azərbaycanda geniş vüsət götürən “Elektron Hökumət” Proqramı uğurla davam etdirilir. Məqsəd, xalqımıza xidmət edərək hər bir vətəndaşımızın bu sahədə işini asanlaşdırmaqdan ibarətdir.

"Elektron hökumət" - müasir informasiya texnologiyalarından istifadə etməklə dövlət qurumları tərəfindən Azərbaycan Respublikasının ərazisində yaşayan bütün vətəndaşlara, hüquqi və fiziki şəxslərə informasiya və e-xidmətlərin göstərilməsinə şərait yaradır. "Elektron hökumət" - müasir informasiya texnologiyalarından istifadə etməklə dövlət qurumları tərəfindən Azərbaycan Respublikasının ərazisində yaşayan bütün vətəndaşlara, hüquqi və fiziki şəxslərə informasiya və e-xidmətlərin göstərilməsinə şərait yaradır.

Andreas Rayxhard: "Azәrbaycan "Elektron hökumәt" sahәsindә çox müsbәt inkişaf sәviyyәsi nümayiş etdirir"-Avstriyanın nәqliyyat, innovasiya vә texnologiyalar üzrә federal nazir müavini Andreas Rayxhard Azәrbaycanda "Elektron hökumәt” quruluculuğu istiqamәtindә aparılan tәdbirlәri yüksәk dәyәrlәndirir və qeyd edir ki -"Azәrbaycan "Elektron hökumәt” sahәsindә artıq çox böyük nailiyyәtlәr әldә edib. Düşünürәm ki, bu, Azәrbaycan üçün bir kompliment olaraq qeyd edilmәlidir. Ölkәniz bu istiqamәtdә çox müsbәt inkişaf sәviyyәsi nümayiş etdirir. Eyni zamanda Azәrbaycan ümumilikdә İKT sahәsindә dünyanın bir çox ölkәlәri ilә müqayisәdә hazırda daha sürәtlә inkişaf edir. Konkret olaraq, geniş zolaqlı internet xidmәtlәrindәn istifadәnin genişlәndirilmәsi, digәr İKT xidmәtlәri üzrә aparılan tәdbirlәri qeyd etmәk olar.” Avstriya Avropa Birliyi (AB) çәrçivәsindә bu sahәdә aparıcı dövlәtdir vә AB tәrәfindәn әn yüksәk qiymәti alıb. Bizim tәcrübәmiz artıq bütün Avropa Birliyi ölkәlәrindә istifadә olunur. Tәbii ki, çox istәrdik ki, biz hәmin tәdris tәcrübәsindәn Azәrbaycanda da öz töhfәmizi verә bilәk.”.

Bölgələrdə də e-xidmətlərdən istifadə ilə bağlı maarifləndirici təlimlər təşkil olunub Almaniyanın İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyi Azəbaycan hökuməti ilə birgə ikitərəfli əməkdaşlıq çərçivəsində yerli özünü idarəetmə dəstək proqramını həyata keçirir.

"Elektron xidmәt", "Elektron hökumәt" sahəsindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Daxili İşlər Nazirliyi,Təhsil Nazirliyi, Ədliyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Səhiyyə Nazirliyi, İqtisadiyyat Nazirliyyi, Gənclər və İdman Nazirliyi,Ekalogiya və Təbii Sərvətlər Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi,Müdafiə Sənayesi Nazirliyi, Energetika Nazirliyi, Xarici İşlər Nazirliyi, Mədəniyyət Nazirliyi və sair digər qurumlar müxtəlif formalarda istifadə edirlər. Çalışdığım işlə əlaqədar mənim ən çox məlumatım olduğu sahə təhsil sahəsidir. Təhsil Nazirliyi artıq bir neçə ildir ki, təhsilin ayrı-ayrı sahələrində elektron xidmətlərin tətbiqini uğurla davam etdirir. Bununla idarəçilikdə müasir texnologiyaların tətbiqini genişləndirmək, onlardan istifadə imkanlarını sadələşdirmək, qulluqçular və vətəndaşlar arasında olan “məsafə”ni azaltmağı hədəfləyib. Təhsil sistemində ən böyük hadisə birinci sinfə qəbul zamanı elektron xidmətin tətbiqi oldu. Ümumtəhsil məktəbləri, lisey və gimnaziyaların 1-ci sinfinə elektron sənəd qəbulu sistemi - www.mektebeqebul.edu.az-ın fəaliyyəti məktəbləri və valideynləri birdən-birə elektron xidmətlərin fəal iştirakçısına çevirdi. Məktəblərə sadəcə şagird qəbulu yox, elə müəllim qəbulu da elektron qaydada həyata keçirilir. Artıq bir neçə ildir ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üçün müraciətin və sənədlərin qəbulu, imtahan nəticələri haqqında məlumatın verilməsi onlayn aparılır. Bu prosesin nəticəsidir ki, www.miq.edu.az müəllim olmaq istəyən gənclərin, müəllimliyə qayıtmaq istəyən peşəkarların ünvanına çevrilib. Öz şəxsi kabinetini açaraq bu ünvana “yerləşən” namizədlər üçün buradan məktəbə, müəllimliyə cəmi 4 addım - 4 mərhələ qalır.

Təhsilin elektron sistemində təhsil sənədlərinin həqiqiliyinin onlayn yoxlanılması xidməti də var. Artıq 3 ildir mövcud olan bu xidmət diplom haqqında məlumatların elektron formada əldə olunması məqsədi ilə yaradılaraq “Elektron hökumət” portalında istifadəyə verilib (www.e-gov.az). İstifadəçi diplomun seriya və nömrəsinə görə, həmçinin, FİN-ə görə axtarış etməklə diplom haqqında məlumat əldə edə bilər.

Bundan başqa valideynlər tələbələrin, şagirdlərin bir məktəbdən digərinə dəyişdirilməsi zamanı bir çox çətinliklərlə rastlaşırdılar. Bunun aradan qaldırılması üçün sy.edu.az portalı öz sözünü dedi.

Göründüyü kimi elektron hökumət sisteminin tətbiqi dövlətin öz əhalisi ilə münasibətlərində yeni bir cığır açmaq üçün atdığı bir addımdır və dövlətin sosial və texnoloji inkişafını müəyyən edən əsas faktorlardan biri də məhz elektron hökumət sistemidir. Bu sahədə fəaliyyətin daha təkmilləşdirilməsi üçün təklif edərdim ki, elektron hökumət sistemində cəmiyyətin bütün sferalarını əhatə edən xidmətlərlə bərabər, bir sıra yeni qurumların xidmətlərinin burada yerləşdirilməsinə ehtiyac vardır. Qeyd etdiyim kimi elektron hökumət bütün dünya üçün yeni bir anlayışdır və hər gün daha da təkmilləşməkdə davam edir. Azərbaycan Respublikasında elektron hökumət sistemi son zamanlarda tətbiq olunmasına baxmayaraq sürətli inkişaf yolu keçmişdir.

Hazırda Azərbaycan Respublikası elektron hökumət sistemindən istifadə indeksinə əsasən dünyanın ilk 50 dövləti arasında yer ala bilmişdir.

Qeyd: Bu məqalə 2-ci "Rəqəmsal Jurnalistikaya doğru" proqramının müsabiqə mərhələsi üçün yazılıb. 

Müəllif: Pərvanə Qurbanova (Sumqayıt şəhəri N.Tusi adına 12 nömrəli tam orta məktəb, "Rəqəmsal Bacarıqlar" fənni üzrə müəllimə)

Tarix: 18.12.2020

0 Comments