2 mart 2021 - 04:00
Azərbaycanlılar niyə növbədə gözləyir? - Bölgələrdə elektron dövlət xidmətlərinin təşviq edilməsinin həlli yolları
Texnologiyanın və informasiya sistemlərinin qarşısıalınmaz dərəcədə böyük bir sürətlə inkişaf etdiyi bu dövrdə Dövlət Xidmətlərinin də elektronlaşdırı
2 mart 2021 - 04:00
Texnologiyanın və informasiya sistemlərinin qarşısıalınmaz dərəcədə böyük bir sürətlə inkişaf etdiyi bu dövrdə Dövlət Xidmətlərinin də elektronlaşdırılması labüd məsələ halına gəlib. Xidmətlərdən ənənəvi şəkildə istifadəyə öyrəşmiş əhali təbəqəsini (bu, xüsusilə 40 və daha yuxarı yaş qrupuna aid olan seqmenti əhatə edir) öz vərdişlərini dəyişməyə sövq etmək çox çətin və vaxtaparan prosesdir. Əvvəlcə, insanları maarifləndirmək lazımdır ki, xidmətlərdən elektron qaydada istifadə etmək ənənəvi qaydadan nəyə görə daha yaxşıdır. Daha aydın şəkildə desək, elektronlaşmanın müsbət tərəflərini insanlara əyani şəkildə göstərmək lazımdır.
1. Xidmətlərdən elektron qaydada istifadə etmək vaxt itkisinin qarşısını alır. İnsanlar hər hansı bir məsafə qət etmədən öz telefonları və ya kompüterlərindən təqdim edilən xidmətlərdən rahatca istifadə edə bilərlər.
2. Əlavə xərclərin yaranmasının qarşısını alır.
3. Elektron xidmətlərdə proseslər zamanı şəffaflıq daha da ön plana çıxır. Məlumatlar itmir, vətəndaşların məlumatlarının hər hansı bir şəkildə dəyişdirilməsi mümkünsüzləşir. Bu, həm də məlumatların təhlükəsizliyi məsələsini ön plana çıxarır.
4. Adaptasiya – Qloballaşan dünyada texnologiyadan istifadənin gündəlik vərdişə çevrilməsi, xidmətlərin elektronlaşması məsələsi artdıqca əhalinin də buna uyğunlaşması həyati dərəcədə önəmlidir. Kağız daşıyıcılardan imtina edilməsi “Bulud” xidmətlərinin rolunu əhəmiyyətli dərəcədə artırır. Əsasən orta və yaşlı nəsil üçün problemli olacağını güman etdiyim bu prosesdə insanların məlumatlandırılması həlledici amildir.
5. Müəyyən məhdudiyyətli şəxslər üçün hökumət xidmətlərinin əlçatanlığının təmin edilməsini asanlaşdırır.
Digər ölkələrdə olduğu kimi, ölkənin tərəqqisi urban ərazilərdən başlanır və bölgələrə doğru yayılır. Azərbaycanda da bu tendensiya özünü qabarıq şəkildə göstərir. Əhalinin qeyri-bərabər paylanması və ifrat urbanizasiyanın sadəcə Bakı-Abşeron regionuna düşməsi bu məsələni gündəmə gətirir. Həm nağdısz ödənişlər məsələsi, həm elektron xidmətlərdən istifadəsinə görə regionlar paytaxtdan xeyli geri qalır.
Əhalinin elektron xidmətlərdən istifadəsinin təmin edilməsi məsələsini vurğulamazdan öncə bu proses üçün lazımi fundamentin qurulması daha vacibdir. Bunun üçün:
1) Ölkənin regionlarında fasiləsiz və yüksəksürətli fiber-optik internetin təminatı;
2) Regionlarda ictimai nəqliyyat ödənişlərinin nağdsızlaşdırılması (bu həm də kartdan istifadə mədəniyyətini bir vərdiş halına gətirir);
3) Ödəmə terminallarının sayının çoxaldılması (burada “təklif varsa, tələb də təklifə tərəf yönəlir” prinsipi aktivləşir);
4) İcbari və məcburedici tədbirlərin (kağız daşıyıcılardan mərhələli şəkildə imtina edilməsi insanları elektronlaşmağa məcbur edə bilər) və s. kimi nüanslara diqqət ayırmaq lazımdır.
Bankomatların qarşısında, idarələrdə, ASAN Xidmət mərkəzlərində, banklarda və digər məkanlarda böyük sıralarla düzülən insanları gördükdə məsələnin hələ də aktual olduğunu anlamaq o qədər də çətin gəlmir. İnsanlar kommunal xərcləri ödəmək və ərzaq almaq üçün əvvəlcə bankomatlardan öz hesablarında olan məbləği nağdlaşdırır, daha sonra həmin pulu
0 Comments