13 iyun 2019 - 04:00
Sürücülərin nəzərinə! “ASAN ödəniş” elektron kabineti niyə vacibdir?
13 iyun 2019 - 04:00
Bildiyiniz kimi, sürücülərin hüquqlarının qorunması istiqamətində Elektron Qərar verilməsi ilə əlaqədar prosedura mütəmadi olaraq müxtəlif dəyişikliklər edilir. Bir müddətdir ki, elektronlaşma prosesi uğurla davam etdirilir. Artıq inzibati xətalar elektron formada yazılır. Nəticədə sürücünün törətdiyi xəta Dövlət Yol Polisinin Mərkəzi Məlumat sisteminə avtomatik düşür.
Əgər sürücünün etdiyi qayda pozuntusu haqqında qərar 1 gün ərzində onun www.asanpay.az portalındakı elektron kabinetinə yerləşdirilməyibsə sürücü məsuliyyətə cəlb oluna bilməz.
Odur ki, texniki baxış, hansısa cərimənin olması və ya hesablanması ilə bağlı dərhal məlumatlı olmaq üçün “ASAN ödəniş” sistemində özünüzə elektron kabinet yaradın. Çünki Siz ancaq elektron kabinetinizdə olan məlumatlara görə məsuliyyət daşıyırsınız.
Bloqu oxuyub bitirən sürücülərin nəzərinə! İndi dərhal www.asanpay.az portalında daxil olub elektron kabient yaratmağın vaxtıdır. Bu tam ödənişsiz və çox sadədir! Qeydiyyat düyməsini sıxdıqdan sonra mobil nömrənizi və şəxsiyyət vəsiqənizin FİN kodunu sistemə daxil edin və təhlükəsizlik kodunu göndərin. Mobil nömrənizə gələn təhlükəsizlik kodunu sistemə daxil edərək qeydiyyatınızı tamamlayın.
Məsələnin nə dərəcədə önəmli olduğunu ilk bir iki cümlədə anlayıb bloq yazısını yarıda saxlayan və portalda özünə elektron kabinet yaradan şəxslərə isə böyük əhsən düşür! Sükanı belə saxlayın ;)
Müəllif © Orxan İsmayılov
0 Comments