Lang Azərbaycan dili
Ehim
Green Ball
Purple Ball

"Rəqəmsal Jurnalistikaya doğru" proqramı 3

3-cü “Rəqəmsal Jurnalistikaya doğru” proqramı 22 iyul Azərbaycan Milli Mətbuatının 146-cı ildönümünə həsr olunur. Proqramın əsas məqsədi media nümayəndələrinin jurnalistika sahəsində baş verən yeniliklər və trendlərlə tanış edilməsi, elektron xidmətlər və rəqəmsal həllər haqqında məlumatlandırılması və bu xidmətlərin vətəndaşlar arasında düzgün təbliğinin təmin edilməsidir. Proqram iki hissədən ibarətdir: seminarlar və 2200 ₼-lıq mükafat fonduna malik müsabiqə. Proqrama qeydiyyatdan 29 iyun - 7 iyul tarixləri arasında keçə bilərsiniz.

Spikerlər

Proqram və spikerlər haqqında ətraflı məlumatı buradan əldə edin

Təşkilatçılar

Ən çox verilən suallar

Proqramda iştirak ödənişlidirmi?

Xeyr, proqramda iştirak üçün heç bir ödəniş tələb edilmir.

Seminara qatıla bilmirəm, sonradan qeydə alınmış videonu izləyə bilərəmmi?

Seminarın video-qeydə alınması nəzərdə tutulmayıb. Seminara hər hansı bir səbəbdən qatıla bilməyən şəxslər seminarın növbəti dalğalarında iştirak üçün yenidən müraciət edə bilərlər.

Seminara necə qoşulum? Login məlumatlarını necə əldə edə bilərəm?

İştirakı təsdiqlənmiş namizədlərə seminarlara qoşulmaq üçün məlumatlar elektron poçt ünvanı üzərindən göndəriləcək.

Seminar nə üçün hər kəsə açıq şəkildə deyil, limitli iştirakçılarla keçirilir?

Seminarların daha keyfiyyətli və effektiv olması baxımından seminarda iştirak üçün yerlər məhduddur.

Proqramla bağlı təkliflərim var, hara ünvanlaya bilirəm?

Proqramla bağlı təkliflərinizi digicom@asan.gov.az elektron poçt ünvanına yönləndirə bilərsiniz.

İştirakçılar hansı kriteriyalar üzərindən və necə seçilir?

Seminarda iştirak üçün rəqəmsallaşma, elektronlaşma və texnologiya kimi mövzuları yaxından izləyən, uyğun sahədə çalışan, mövzu üzrə araşdırma aparan jurnalistlər, blogerlər, vlogerlər və digər aidiyyatı işlərlə məşğul olan şəxslərə üstünlük verilir. Xüsusi təyin edilmiş jüri heyəti tərəfindən namizədlərin müraciətləri nəzərdən keçiriləcək.

Proqramın pul mükafatlı müsabiqəsində şəffaflıq necə təmin ediləcək?

Müsabiqənin qaydalarına riayət olunmasının monitorinqi, eləcə də qaliblərin müəyyənləşdirilməsinin obyektivliyi və qərəzsizliyi jüri heyəti tərəfindən təmin olunacaqdır. Seçim qiymətləndirmə kriteriyalarına uyğun qaydada həyata keçiriləcək.

Seminarda istifadə edilən PowerPoint slaydlarını əldə edə bilərəmmi?

Təəssüf ki, seminarda istifadə edilən materialların iştirakçılarla paylaşılması nəzərdə tutulmur. Seçilməyən namizədlər növbəti seminarlarda iştirak üçün yenidən müraciət edə bilərlər.

Proqramın növbəti dalğalarına ianə etmək istəyirəm. Bununla bağlı hara müraciət edim?

İanə ilə bağlı təkliflərinizi digicom@asan.gov.az elektron poçt ünvanına yönləndirə bilərsiniz.

Proqramın bir mərhələsində iştirak edib digərində etməyə bilərəmmi?

Xeyr, seminara qatılanlar proqramın hər iki mərhələsində iştirak etməlidirlər. Yalnız proqramın hər iki mərhələsində iştirak etmiş jurnalistlər "Rəqəmsal Jurnalistikaya doğru" proqramını bitirmiş hesab olunacaq və sertifikat əldə edəcəklər. Proqrama qatılanların seminarlarda iştirakı və aktivliyi izləniləcək.