Azərbaycan Qazaxıstanda keçirilən “Digital Bridge” tədbirində təmsil olunub
20-10-2023
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin nümayəndə heyəti 12-13 oktyabr tarixlərində “Digital Bridge” texnologiya tədbirində iştirak edib.
20 mindən çox iştirakçı, 300-dən çox İKT şirkəti və 100-dən çox investorun qatıldığı “Digital Bridge”də İRİA-nın nümayəndələri müxtəlif ölkələrin və şirkətlərin təmsilçiləri ilə tərəfdaşlıq və əməkdaşlıq imkanlarını dəyərləndiriblər.
Agentliyin bir qrup nümayəndə heyəti “GOVSTACK: RəqəmsalTransformasiyanın Sürətləndirilməsi” panel iclası, "Elektron hökuməttendensiyaları BMT-nin baxışı”, "Hökumətin gücləndirilməsi: Məlumata əsaslanan idarəetmə və milli süni intellekt" adlı dəyirmi masa müzakirələrində iştirak edib.
Müzakirələrdə elektron hökumətin əsas tendensiyalarını və ən yaxşı təcrübələri vurğulanıb, istifadəçilərin cəlb edilməsi və xidmətlərin qiymətləndirilməsi üçünverilənlərə əsaslanan, süni intellektlə dəstəklənən sistemlərdən istifadənin vacibliyi qeyd olunub. İRİA-nın nümayəndə heyəti “GovTech”, SaaS, “FinTech”, “Kreativİqtisadiyyat”, “Süni intellekt və “E-ticarət” stendlərini ziyarət edib. Burada müxtəlif ölkələrdən olan nümayəndəliklərlə təcrübə mübadiləsi aparılıb vəpotensial əməkdaşlıq formatları müzakirə olunub.
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin yerli startapların qlobal bazara çıxış imkanlarını artırmaq məqsədilə həyata keçirdiyi “Roadshow” çərçivəsində 5 startap “Digital Bridge”də iştirak edib. “A-Truck”, “Hepard”, “Plustechfy”, “Taskilled” və “Safavy” startpaları öz ideyalarını beynəlxalq auditoriyaya təqdim edib, müxtəlif investorlar, vençur fondlarla görüşlər keçiriblər.
Tədbir çərçivəsində İRİA nümayəndəsi “Astana Hub”da yerləşən texnoparkı ziyarət edib, rezidentlik prosesi və şirkətlərlə bağlı məlumat əldə edib. Eyni zamanda tədbirdə iştirak edən digər ölkələrin texnopark rezidentləri ilə görüşlərkeçirilib, fikir mübadilələri həyata keçirilib.