İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi “CIDC-2023”də uğurla təmsil olunub
04-11-2023
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətivə Dövlət Təhlükəsizliyi Xidmətinin birgə təşkilatçılığı ilə Azərbaycanda ilk dəfə təşkil olunan "CIDC 2023" tədbirində iştirak edib.
Tədbirin tərəfdaşlarısırasında yer alan İRİA müxtəlif istiqamətlərdə qurumu təmsil edib. Ötən həftə keçirilən bağlanış mərasimində Agentliyin İnformasiya Təhlükəsizliyi Departamentinin direktoru Şahmar Hacıyahyayev “Kibertəhlükəsizlikdə tədqiqat və inkişafın rolu” mövzusunda çıxış edib.
O nitqində kibertəhlükəsizlik sahəsində tədqiqatın əsas komponentləri, Azərbaycanın bu istiqamətdə strategiyası və İRİA-nın sahənin inkişafı üzrəgördüyü işlərdən danışıb. Tədbir çərçivəsində İRİA nümayəndələri tərəfindən iştirakçılara, eynizamanda dövlət qurumlarının nümayəndələrinə Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi, buradakı tədris və tətbiq olunan metodologiyalar, eyni zamanda yaxın günlərdə elan olunan 3-cü dalğa ilə bağlı ətraflı məlumat verilib. Bununla yanaşı, Agentliyin əməkdaşları tərəfindən hazırlanan kibertəhlükəsizlik məhsulu-proqram təminatı tədbirərzində nümayiş etdirilib.
“CIDC-2023” çərçivəsində təşkil olunan “Kibermüharibə” yarışındaİnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin əməkdaşlarından ibarət “Digital Rangers” və Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin 1-ci dalğasının məzunlarından ibarət “ACC Predators” komandaları yarışaraq final mərhələsinə qədər yüksəlib. Tədbirin sonunda Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisinin müavini general-mayor Allahverən İsmayılov və Dövlət Təhlükəsizlik Xidmətinin Kibertəhlükəsizlik Mərkəzinin rəisi Davud Rüstəmov tərəfindən İRİA nümayəndələrinə sertifikat təqdim olunub.