İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi "Dayanıqlı Tikinti Zirvəsi" tədbirində layiqincə təmsil olunub.

alarm Created with Sketch. 21-04-2025

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi “Azərbaycan Sənaye Təhlükəsizliyi Assosiasiyası” İctimai Birliyi və “PMD Projects” şirkətinin birgə təşkilatçılığı ilə 10 aprel 2025-ci il tarixində “Sea Breeze Rezort”da “people.planet.prosperity” şüarı altında keçirilən “Dayanıqlı Tikinti Zirvəsi” tədbirində iştirak edib.

Zirvə toplantısının keçirilməsində əsas məqsəd yaşıl tikinti, enerji səmərəliliyi, resursların idarə olunması, sənayedə təhlükəsizlik, peşə sağlamlığı, əməyin təhlükəsizliyi, keyfiyyət və dayanıqlı infrastruktur sahələri ilə bağlı dünyada tətbiq olunan ən son yeniliklər, müasir innovasiyalar və qabaqcıl təcrübələrin müzakirəsi olub.

Davos formatlı “Follow-up” paneli, eksklüziv “Açıq söhbət” sessiyası, “Green Project Management” (GPM) tərəfindən hazırlanmış 5P standartı əsasında interaktiv vörkşop və “The Builder’s Awards” təqdimatı tədbirin əsas məqamlarından olub.

Tədbirdə 250 nəfərdən çox dövlət rəsmiləri, aparıcı memarlar, investorlar, inşaat şirkətlərinin rəhbərləri, SƏTƏMM və Keyfiyyət sahələri üzrə peşəkarlar iştirak edib. Tədbirdə İRİA-nın adında SƏTƏMM üzrə mütəxəssis İlkin Həsənəliyev iştirak edib və orada Agentliyi təmsil edib.

Bu tədbir çərçivəsində PMO.az Layihə Düşüncə Məktəbi” tərəfindən keçirilən “Dayanıqlığa ortaq məsuliyyət” adlı vörkşopda İRİA-nın nümayəndəsi İlkin Həsənəliyev “PMD Projects” şirkətinin KSƏTƏMM əməkdaşları ilə eyni komandada yarışda aktiv iştirak edərək, qalib komandalar sırasında olmuş, komandaya verilən tapşırıqla bağlı öz təkliflərini vermiş və bütün auditoriyaya ünvanlanan dayanıqlı layihələrlə bağlı xüsusi bir sualı da peşəkar şəkildə cavablandırmışdır.

Bu qrup çalışmasının sonunda qalib komandaların fəal iştirak edən üzvləri xüsusi hədiyyələrlə təltif edilmişlər.