Nüfuzlu təhsil müəssisəsi Azərbaycanda İKT üzrə ixtisasartırma proqramına ikinci qeydiyyatı elan edir.

alarm Created with Sketch. 19-03-2025

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin təşəbbüsü ilə nüfuzlu təhsil müəssisələrindən biri olan Harbour.Space Universiteti Azərbaycanda İKT sahəsində yüksəkixtisaslı mütəxəssislərin hazırlanması məqsədilə "DigiRise" adlı proqrama cari ilin yanvar ayında start verilmişdir.

Bu proqram süni intellekt və proqram mühəndisliyi üzrə ixtisaslaşmış kiçik və orta səviyyəlimütəxəssislərin hazırlığı və ixtisasartırması prosesini hədəfləyir. Namizədlər ilkin texniki bacarıqları, karyera yüksəliş imkanları və motivasiyalarına görə xüsusi meyarlarla müəyyən ediləcək. "DigiRise" proqramı real iş ehtiyaclarına uyğunlaşdırılmış unikal “İş və təhsil” modelini təqdim edir.

Tələbələr seçilmiş “Capstone” layihələri üzərində işləyərək rəqəmsal transformasiya bacarıqlarını real dünya şəraitində inkişaf etdirəcəklər. Təlim prosesində tələbələrə mentor dəstəyi təmin ediləcəkdir.

Proqramın əsas xüsusiyyətləri:

• Tədris müddəti: 6 aya qədər (2025-ci ilin aprel ayında başlanılacaq)

• Tədris formatı: oflayn və onlayn

• Gündəlik dərs yükü: 2 saat (19:00-21:00)

Proqrama aşağı linkdən qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.

Qeydiyyat linki: https://harbour-space.typeform.com/to/vbW6Vijl 

Son qeydiyyat tarixi: 30.03.2025

Seçim kriteriyaları:

• Qeyd olunan sahələr üzrə baza bilikləri: Modern Software Architecture, the Software Development Lifecycle və the Mathematical Foundations of Machine Learning

Qeyd edək ki, seçim mərhələrindən uğurla keçən 15 nəfər proqrama qəbul olacaqdır. "DigiRise" proqramı Azərbaycan gənclərinin İKT sahəsində yüksək bilik və bacarıqlar qazanması üçün əhəmiyyətli addım olmaqla yanaşı, ölkədə rəqəmsal transformasiya prosesinə dəstək verəcək.