Qlobal e-ticarət bazarlarını hədəfləyən KOB-larımız üçün əla fürsət!
25-09-2023
“EU4DIGITAL” layihəsi çərçivəsində 5 ən perspektivli kiçik və orta biznes sahibkarı elektron ticarət təlimləri üçün seçiləcək.
KOB-lar aşağıdakı meyarlar əsasında seçiləcək:
· Seçilmiş e-ticarət platformasında hesabın olması;
· E-ticarət sahəsində yerli və qlobal platforma və elektron mağazalarda təcrübənin olması (üstünlük verilir);
· E-ticarət kanalları vasitəsilə satış nisbətlərinin olması (qlobal, yerli platformalar, e-mağazalar)
· Şirkətin satdığı məhsulların Avropa İttifaqı Şərq Tərəfdaşlığı Proqramına daxil olan ölkələrdə istehsal olunması;
· E-ticarət üçün seçilmiş məhsullar təhlükəli deyil (qadağan olunmuş) / gömrük / sertifikatlaşdırma ilə bağlı problem yoxdur;
· Məhsulun saxlama müddəti;
· Brend beynəlxalq səviyyədə qeydiyyata alınıb (üstünlük verilir)
· KOB-ların daxil olmaq istədikləri prioritet bazarlar təlimlər zamanı əhatə olunan bazarlar və ölkələrə uyğun gəlir (Avropa İttifaqı);
· Məsləhətləşmələrə/təlimlərə vaxt ayırmaq imkanı;
· İngilis dili biliyi;
· Şirkət Azərbaycanda yerləşir (üstünlük verilir);
· Məsləhət mərkəzinin ekspertlərinin dəstəyi ilə sürətli nəticələr əldə etmək və inkişaf etmək üçün güclü istəyin olması.
Proqramın əhatə dairəsi:
· Xüsusi e-ticarət mövzuları və seçilmiş e-ticarət platformaları (məsələn, Amazon, eBay) üzrə 4 qrup təlimi, sentyabr – noyabr aylarında keçiriləcək;
· Audio/video/yazılı formatda fərdi məsləhətləşmələr (hər şirkət üçün 5 saat) sentyabr – noyabr aylarında keçiriləcək.
· E-ticarət platformaları: Amazon, eBay, ETSY, Zalando, Pigu.lt, Allegro, OTTO, Bol.com, Kaufland. Qrup təlimləri aşağıdakı mövzular üzrə keçiriləcək:
· E-ticarət platformalarının təqdimatı; · Səhifənin yaradılması, məhsulların siyahıya salınması, məhsulun yerləşdirilməsi;
· Rəqəmsal marketinq strategiyası (o cümlədən marketinq mesajının formalaşdırılması, rəqəmsal marketinq alətləri və s.);
· Müştəri dəstəyi (alışdan əvvəl, alış zamanı və sonra);
· Brendin və onlayn hesabın bloklanma səbəbləri, vergilər, gömrük prosedurları.
Fərdi məsləhətləşmələr aşağıdakı sahələr üzrə ixtisaslaşan ekspert qrupu tərəfindən keçiriləcək:
· Elektron ticarətə başlama üçün strategiya; · Ümumi qeydiyyat, məhsulların siyahıya alınması;
· Seçilmiş platformalarda qeydiyyatdan keçmə; · Rəqəmsal marketinq;
· E-ticarət mövzusunda vergilər və hüquqi məsələlər;
· Almaniyanın e-ticarət bazarına giriş.
Qeyd edək ki, e-ticarət təlimləri onlayn formatda baş tutacaq.
Son müraciət tarixi: 27 sentyabr.
Elektron ticarət sərhəd tanımır, siz də bu fürsətdən faydalanın!
Layihədə iştirak şərtləri və müraciət üçün link: bit.ly/46fBbWq