Lang Azərbaycan dili
Ehim
Green Ball
Purple Ball

“Rəqəmsal Jurnalistikaya doğru” proqramı 4

"Rəqəmsal Jurnalistikaya doğru” proqramının əsas məqsədi kütləvi informasiya vasitələri nümayəndələrinin rəqəmsal həllər, elektron xidmətlər və rəqəmsal sahədə digər mövzular haqqında bilgilərini artırmaq və  onların dəstəyilə cəmiyyətin, vətəndaşların maariflənməsinə töhfə verməkdir.

Proqram təlimlər (əsas hissə) və müsabiqə olmaqla 2 hissədən ibarətdir. Müsabiqə 2200 ₼-lıq mükafat fonduna malikdir. Proqrama qeydiyyat üçün son müraciət tarixi: 15 oktyabr

Spikerlər

Proqram və spikerlər haqqında ətraflı məlumatı buradan əldə edin

Təşkilatçılar

Ən çox verilən suallar

Proqramda iştirak ödənişlidirmi?

Xeyr, proqramda iştirak üçün heç bir ödəniş tələb edilmir.

Seminara necə qoşulum? Login məlumatlarını necə əldə edə bilərəm?

İştirakı təsdiqlənmiş namizədlərə seminarlara qoşulmaq üçün məlumatlar elektron poçt ünvanı üzərindən göndəriləcək.

Proqramın pul mükafatlı müsabiqəsində şəffaflıq necə təmin ediləcək?

Müsabiqənin qaydalarına riayət olunmasının monitorinqi, eləcə də qaliblərin müəyyənləşdirilməsinin obyektivliyi və qərəzsizliyi jüri heyəti tərəfindən təmin olunacaqdır. Seçim qiymətləndirmə kriteriyalarına uyğun qaydada həyata keçiriləcək.

Proqramla bağlı təkliflərim var, hara ünvanlaya bilirəm?

Proqramla bağlı təkliflərinizi digicom@asan.gov.az elektron poçt ünvanına yönləndirə bilərsiniz.

Proqramın növbəti dalğalarına ianə etmək istəyirəm. Bununla bağlı hara müraciət edim?

İanə ilə bağlı təkliflərinizi digicom@asan.gov.az elektron poçt ünvanına yönləndirə bilərsiniz.

Seminara qatıla bilmirəm, sonradan qeydə alınmış videonu izləyə bilərəmmi?

Seminarın video-qeydə alınması nəzərdə tutulmayıb. Seminara hər hansı bir səbəbdən qatıla bilməyən şəxslər seminarın növbəti dalğalarında iştirak üçün yenidən müraciət edə bilərlər.

Seminar nə üçün hər kəsə açıq şəkildə deyil, limitli iştirakçılarla keçirilir?

Seminarların daha keyfiyyətli və effektiv olması baxımından seminarda iştirak üçün yerlər məhduddur.

İştirakçılar hansı kriteriyalar üzərindən və necə seçilir?

Seminarda iştirak üçün rəqəmsallaşma, elektronlaşma və texnologiya kimi mövzuları yaxından izləyən, uyğun sahədə çalışan, mövzu üzrə araşdırma aparan jurnalistlər, blogerlər, vlogerlər və digər aidiyyatı işlərlə məşğul olan şəxslərə üstünlük verilir. Xüsusi təyin edilmiş jüri heyəti tərəfindən namizədlərin müraciətləri nəzərdən keçiriləcək.

Seminarda istifadə edilən PowerPoint slaydlarını əldə edə bilərəmmi?

Təəssüf ki, seminarda istifadə edilən materialların iştirakçılarla paylaşılması nəzərdə tutulmur. Seçilməyən namizədlər növbəti seminarlarda iştirak üçün yenidən müraciət edə bilərlər.

Proqramın bir mərhələsində iştirak edib digərində etməyə bilərəmmi?

Xeyr, seminara qatılanlar proqramın hər iki mərhələsində iştirak etməlidirlər. Yalnız proqramın hər iki mərhələsində iştirak etmiş jurnalistlər "Rəqəmsal Jurnalistikaya doğru" proqramını bitirmiş hesab olunacaq və sertifikat əldə edəcəklər. Proqrama qatılanların seminarlarda iştirakı və aktivliyi izləniləcək.