Məxfilik siyasəti
1. Ümumi müddəalar
1.1. Hazırki Məxfilik Siyasəti "https://www.idda.az" internet informasiya ehtiyatından (bundan sonra – Veb-sayt) istifadə zamanı toplanan məlumatların (fərdi və texniki məlumatlar) toplanması, emalı, saxlanılması, açıqlanması, ötürülməsi və qorunması qaydalarını müəyyən edir.
1.2. Veb-sayt vasitəsilə təqdim edilən fərdi məlumatların emalı və mühafizəsi Azərbaycan Respublikasının “Fərdi məlumatlar haqqında” Qanununa və digər müvafiq normativ hüquqi aktlara uyğun həyata keçirilir.
1.3. Bu Məxfilik siyasəti məqsədləri üçün verilənlər dedikdə aşağıdakı məlumatlar başa düşülür:
1.3.1. istifadəçiyə aid məlumatlar (veb-saytdan istifadə məlumatları) və fərdi məlumatlar (ad, soyad, ata adı, mobil nömrə, elektron poçt ünvanı və s.);
1.3.2. istifadəçi tərəfindən təqdim edilən digər məlumatlar və ya üçüncü şəxslərə aid məlumatlar.
1.4. Veb-saytdan istifadə edərək, təqdim etdiyiniz verilənlərin bu Məxfilik Siyasətində müəyyən edilmiş qaydalar və əsaslar çərçivəsində toplanılmasına, istifadə edilməsinə, emal olunmasına və açıqlanmasına dair razılığınız kimi qəbul ediləcəkdir.
1.5. Veb-saytdan istifadə etməzdən öncə bu Məxfilik Siyasəti ilə tanış olmağınız tövsiyə olunur.
1.6. Veb-saytdan istifadənizlə əlaqədar olaraq toplanan məlumatlar yalnız bu Məxfilik Siyasəti və qanunla müəyyən edilmiş digər hallarda toplanacaqdır. Toplanan məlumatların məcmusu Agentlik tərəfindən portaldan istifadənizin təmin edilməsi üçün tələb edilən və toplanan məlumatlardır.
2. Toplanılan verilənlər
2.1. Veb-saytdan istifadə zamanı aşağıdakı məlumatlar toplanır:
2.1.1. əlaqə məlumatları (telefon nömrəsi, elektron poçt ünvanı, poçt indeksi və ünvan);
2.1.2. istifadəçinin lokasiya məlumatları, IP ünvanı, cihaz növü və modeli, şəbəkə interfeysləri və digər texniki məlumatlar;
2.1.3. veb-saytın fəaliyyətinin təmin edilməsi üçün cihaz icazələri əsasında toplanan məlumatlar.
2.1.4. Texnologiyalar parkının rezidenti kimi qeydiyyatdan keçmək üçün sistem inteqrasiyası və (və ya) proqram təminatının hazırlanması və inkişafı sahələrində fəaliyyət göstərən hüquqi və fiziki şəxslər bu veb-sayt üzərindən müraciət etdikdə Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 15 may tarixli 168 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Texnologiyalar Parkı haqqında nümunəvi Əsasnamə” ilə müəyyən edilmiş tələblərə uyğun olaraq istifadəçi (müraciətçi) tərəfindən təqdim olunmuş sənədlər və məlumatlar;
2.1.5. veb-sayt üzrə istifadə (davranış) məlumatlarınız.
3. Toplanma üsul və vasitələri
3.1. Bu bənddə qeyd olunan siyahı ilə məhdudlaşmayaraq, məlumatlar aşağıda qeyd olunan texnologiyalar və ya texnoloji həllər yolu ilə toplana bilər:
3.1.1. Analitik Teqlər: Analitika Teqləri ümumi istifadəçi təcrübəsini təkmilləşdirmək məqsədilə veb-saytın funksional xüsusiyyətlərinin effektivliyini və istifadəçi seçimlərini təhlil etmək üçün tərəfimizdən istifadə olunur. Agentlik veb-sayt istifadəçisinin profili haqqında daha çox başa düşmək üçün bu cür analitik teqlər vasitəsilə toplanmış məlumatlar (məsələn, əməliyyat tarixçəsi və demoqrafik məlumat) istifadə edilir.
3.1.2. Kukilər: Kukilər veb-saytdan istifadə etdiyiniz zaman haqqınızda məlumat saxlamaq və izləmək üçün brauzerinizə və ya cihazınıza göndərilən kiçik məlumat fayllarıdır. Kukilər həmçinin veb-saytın funksionallığını təkmilləşdirmək və saxlamaq, istifadəçilərinin sayı, onların istifadə tezliyi, istifadəçilərin profili və istifadə ilə bağlı digər oxşar məlumatları izləmək üçün istifadə olunur. Bütün kukilər istifadə məlumatları toplamır və siz kukilərdən istifadəni rədd etmək üçün seçimlərinizi və parametrlərinizi konfiqurasiya edə bilərsiniz. Bu kukilər veb-saytın funksionallığını yoxlamaq üçün və müvafiq veb-sayt üzərindən göstərilən xidmətləri daha da yaxşılaşdırmaq üçün anonim veb istifadə məlumatları toplamaq üçün istifadə olunur.
Kuki fayllarını rədd etməyiniz veb-saytdakı bəzi funksiyalara təsir edə bilər.
3.1.3. Server Qeydləri (Server logs): Server qeydləri veb-saytdan istifadə etdiyiniz cihaz tərəfindən yaradılmış fayl və fəaliyyət qeydləridir. Məsələn, veb server jurnalı səhifə sorğularının tarixçəsini qeyd edə bilər, digər qeydlər isə səhvləri, giriş cəhdlərini və ya İP ünvanınız və ya cihazınızın kuki parametrləri kimi cihazınız haqqında digər məlumatları qeyd edə bilər. Agentlik bu cür server qeydlərini inzibati, təhlükəsizlik və problemlərin aradan qaldırılması məqsədləri üçün toplaya və saxlanıla bilər.
4. Toplanmış verilənlərin emalı və istifadəsi məqsədləri
4.1. Toplanılan məlumatlar aşağıdakı məqsədlərlə (biri, bəziləri və ya hamısı üzrə) emal edilir:
4.1.1. veb-sayt üzərindən göstərilən xidmətlərdən istifadənin təmin edilməsi;
4.1.2. İstifadəçi olaraq tərəfinizdən və ya adınızdan ünvanlanmış hər hansı ərizə, sorğu, rəy, şikayət və ya digər müraciətləriniz ( bu Məxfilik Siyasətinin 2.1.4-cü yarımbəndində qeyd edilən müraciətlər də daxil olmaqla) üzrə geri dönüşü təmin etmək;
4.1.3. veb-saytın fəaliyyətinin təkmilləşdirilməsi və istifadəçi davranışlarının təhlili məqsədilə anonimləşdirilmiş statistik məlumatların hazırlanması;
4.1.4. məlumatların qanunvericiliyə uyğun saxlanılması və ehtiyat nüsxələrinin yaradılması;
4.1.5. istifadəçi ilə əlaqənin qurulması (elektron poçt, SMS, pop-up və push bildirişləri və s.);
4.1.6. müvafiq dövlət orqanlarının bazar araşdırmaları, sorğular və təşviqat tədbirlərinin həyata keçirilməsi məqsədilə əlaqənin təmin edilməsi.
5. Toplanmış verilənlərin ötürülməsi, paylaşılması və açıqlanması
5.1. Toplanan verilənlər aşağıda qeyd olunan hallar üzrə üçüncü şəxslərin hər hansı biri ilə paylaşıla, ötürülə və açıqlana bilər:
5.1.1. qanunvericiliklə müəyyən edilmiş hallarda dövlət orqanlarına və ya onların tabeliyində olan qurumlara;
5.1.2. qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə qərarı nəticəsində açıqlanması tələb edilən məlumat olduqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında və qanunla müəyyən edilmiş digər qaydada üçüncü şəxslərə;
5.1.3. əməliyyat-axtarış tədbirlərinin, məhkəmə araşdırmalarının, ictimai qaydanın mühafizəsinin və milli təhlükəsizliyin təmin edilməsi məqsədilə hüquq mühafizə orqanlarına;
6. Üçüncü şəxslərə aid məlumatların emalı
6.1. Veb-saytdan istifadə zamanı üçüncü şəxslərə aid məlumatları təqdim etdiyiniz hallarda, bu məlumatlar aşağıda qeyd olunan hallar və qaydalar nəzərə alınmaqla toplanılır. Tərəfinizdən bu növ üçüncü şəxslərə aid məlumatları açıqlamazdan əvvəl:
• üçüncü şəxslərə onların məlumatlarını və ya fərdi məlumatlarını veb-saytda təqdim edəcəyinizi bildirməli (verilənlərin veb-sayt vasitəsilə emalı, istifadəsi, toplanması və ya açıqlanması hallarına dair məlumat verməklə);
• məlumatları və ya fərdi məlumatları açıqlanan şəxslərin bu barədə öncədən razılığını almalı;
6.2. Üçüncü şəxslərə aid məlumatı təqdim etməklə, istifadəçi olaraq təmsil edir və təmin edirsiniz ki:
• təqdim edəcəyiniz və ya təqdim etdiyiniz məlumat və ya şəxsi məlumat tam, dəqiq və düzgündür;
• bu məlumatların və ya fərdi məlumatların yuxarıda qeyd olunan məqsədlər çərçivəsində toplaması, istifadəsi, açıqlanması və emalı üçün bu şəxslərin adından hərəkət etmək və məlumatlarını və ya şəxsi məlumatları veb-sayta təqdim etmək üçün etibarlı səlahiyyətə maliksiniz.
7. Verilənlərin saxlanma müddəti
7.1. Qanunvericiliklə daha uzun müddət nəzərdə tutulmadığı hallarda, məlumatlar yalnız bu Məxfilik siyasətində göstərilən məqsədlər üçün zəruri olan müddət ərzində saxlanılır.
8. Məxfilik siyasətinə dəyişikliklər
8.1. Məxfilik siyasəti vaxtaşırı yenilənə bilər. Dəyişikliklər barədə istifadəçilər bu sənədin yenilənmiş redaksiyasının veb-saytda yerləşdirilməsi yolu ilə məlumatlandırılır.
9. Yekun müddəalar
9.1. Agentlik fəaliyyətində Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyini rəhbər tutur.