Rəqəmsal gələcəyi birlikdə quraq!
Uğurun təməli – Dəyərlərimiz
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyində hər addımımızı dəyərlərimiz yönləndirir. Dürüstlük, sahiblənmə, data yönümlülük, nəticəyönümlülük və əməkdaşlıq – biz birlikdə gələcəyi qururuq! Çünki güclü dəyərlər güclü nəticələr yaradır!
Biz dürüstlük, əməkdaşlıq və innovasiya ilə irəliləyirik
Dəyərlərimiz bizi birləşdirir və uğura aparır


Niyə İRİA?
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyində çalışmaq – texnologiya və innovasiya sahəsində ölkəmizin gələcəyini formalaşdıran komandanın bir hissəsi olmaqdır. Burada siz rəqəmsal transformasiya və innovasiya yönümlü öncül layihələrdə iştirak edərək bilik və bacarıqlarınızı inkişaf etdirəcək, eyni zamanda gənc istedadların beynəlxalq arenada uğur qazanmasına dəstək olacaqsınız. Peşəkar təlimlər, beynəlxalq əməkdaşlıqlar və innovativ mühitdə təcrübə qazanmaqla daim irəliləyəcək və texnologiya sahəsində ölkənin inkişafına töhfə verəcəksiniz. Bu, sadəcə bir iş deyil! Bu, Azərbaycanın innovasiya gələcəyini birlikdə qurmaqdır! Gələcəyin texnologiyalarını birgə formalaşdırmaq üçün bizə qoşulun! 🚀
Üstünlüklər
Biz sizə dinamik mühit, rəqəmsal transformasiyada liderlik və gələcəyə yönəlmiş bir karyera təklif edirik.

Təlimlər və inkişaf imkanları ilə daim öyrənirsiniz.

İstedadlı və motivasiya edici komanda ilə işləyirsiniz.

Fərqli regionlarda və sektorlarda innovativ inkişafa kömək edirsiniz

İnnovativ mühit
Rəqəmsal transformasiya, texnoloji yeniliklərlə dolu bir mühitdə çalışmaq imkanı əldə edirsiniz.


Karyera inkişafı və yüksəlmək üçün geniş imkanlar var.

Beynəlxalq layihələrdə iştirak şansı qazanırsınız.

Rəqəmsal texnologiyalar ilə ölkənin rəqəmsal gələcəyinə yön verirsiniz.
Dəyərlərimiz
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyində fəaliyyətimizi istiqamətləndirən dəyərlər işə yanaşmamızı və gündəlik qərarlarımızı formalaşdırır. Bu dəyərlər komanda olaraq daha güclü, uğurlu və davamlı nəticələr əldə etməyimizə töhfə verir. Hər biri qarşılıqlı etimad, şəffaflıq və uğurun əsas təməlidir.

Bizə qoşulun, rəqəmsal gələcəyi birlikdə quraq.
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin komandasına qoşulmaq istəyirsinizsə, iş elanlarımızı izləyin.
"Digital Detox"
Hər ay əməkdaşlarımız üçün "Digital Detox" proqramı təşkil edirik. Bu tədbirdə texnologiyadan uzaqlaşaraq komanda ruhunu gücləndirən oyunlar oynayır, əyləncəli yarışlar keçirir və qalibləri mükafatlandırırıq. Rahatlayın, enerjinizi yeniləyin və həmkarlarınızla unudulmaz anlar paylaşın!

"Turkish day"

"Digital Detox"
"Team Building"

"Data Love Day"

Novruz

Nə? Harada? Nə zaman?

"Wellness Day"
Dəyərli anlar
Bizim üçün iş yalnız nəticələr deyil, eyni zamanda birlikdə keçirdiyimiz dəyərli anlardır. Sosial tədbirlərimizlə əməkdaşlarımızın motivasiyasını artırır, dostluq və komanda ruhunu gücləndiririk. Burada hər an dəyərlidir!