Fərid Osmanov
Təhsil:
Fərid Osmanov Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə və kredit fakültəsində bakalavr və magistratura səviyyələrini bitirib. Bununla yanaşı, F. Osmanov Azərbaycan Dövlət İqtisad Universitetinin İnformatika və idarəetmə fakültəsini dünya iqtisadiyyatında informasiya texnologiyaları ixtisası üzrə bitirib, daha sonra Böyük Britaniyanın Mançester Universitetində magistr dərəcəsi alıb.
İnformasiya texnologiyaları xidmətlərinin idarə edilməsi, həmçinin informasiya təhlükəsizliyinin idarə edilməsi üzrə beynəlxalq sertifikatlara malikdir.
Karyera:
O, 2005-ci ildən AMB-nin İnformasiya texnologiyaları departamentində müxtəlif vəzifələrdə çalışıb, 2013-cü ildə həmin departamentin direktoru vəzifəsinə təyin edilib. 2020-ci ildən Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru olaraq fəaliyyətini davam etdirib.
Fərid Osmanov 2024-cü ilin avqust ayından rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri vəzifəsində çalışıb.
2025-ci ilin yanvar ayından İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İdarə heyətinin sədri vəzifəsində çalışır.
Elektron poçt ünvanı: