Lazım olan sənədlər
Tələb olunan sənədlərin bəziləri ərizəçinin razılığı ilə müraciət zamanı aidiyyəti orqanlardan EHİS vasitəsilə birbaşa əldə olunacaqdır
Hüquqi şəxslər
- hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti (ərizəçi hüquqi şəxs olduqda);
- hüquqi şəxsin səlahiyyətli nümayəndəsinin (təmsilçisinin) şəxsiyyətini təsdiq edən sənədin surəti (ərizəçi hüquqi şəxs olduqda);
- hüquqi şəxsin nizamnaməsinin surəti (ərizəçi hüquqi şəxs olduqda);
- innovasiya və ya yüksək texnologiya layihəsi (biznes plan);
- hüquqi şəxsin texnologiyalar parkında məşğul olmaq istədiyi sahibkarlıq fəaliyyəti üçün xüsusi razılığın (lisenziyanın) və icazə xarakterli digər sənədlərin surətləri (əgər ərizədə göstərilibsə).
İmtiyazlar
Maddə 102. Gəlir vergisindən azadolmalar və güzəştlər:
102.1.21. Müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən yaradılan sənaye, yaxud texnologiyalar parklarının rezidenti olan hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslərin sənaye və texnologiyalar parkındakı fəaliyyətdən əldə etdikləri gəlir (əmək haqqından tutulan gəlir vergisi istisna olmaqla) - qanunvericiliyə uyğun olaraq sənaye və texnologiyalar parkında qeydiyyata alındıqları hesabat ilindən başlayaraq - 10 il müddətinə.
Maddə 106. Azadolmalar və güzəştlər:
106.1.13. müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən yaradılan sənaye, yaxud texnologiyalar parklarının rezidenti olan hüquqi şəxslərin sənaye və texnologiyalar parkındakı fəaliyyətdən əldə etdikləri gəlir - qanunvericiliyə uyğun olaraq sənaye və texnologiyalar parkında qeydiyyata alındıqları hesabat ilindən başlayaraq - 10 il müddətinə.
İnkubasiya
1. innovasiya layihəsi üzrə inkubatorda fəaliyyət göstərəcək şəxslərin siyahısı;
2. ərizəçinin sahibkarlıq fəaliyyəti barədə məlumat (əgər varsa);
3. innovasiya layihəsinin biznes-planı;
4. innovasiya layihəsinin ətraflı məzmununu əks etdirən və müvafiq proqram təminatında hazırlanmış təqdimat;
5. Hüquqi şəxs olduqda:
5.1. dövlət reyestrindən çıxarışın surəti;
5.2. dövlət qeydiyyatı haqqında şəhadətnamənin surəti;
5.3. nizamnamənin surəti;
5.4. səlahiyyətli nümayəndənin (təmsilçinin) şəxsiyyətini təsdiq edən sənədin surəti.
6. hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxsin olduqda:
6.1. şəxsiyyətini təsdiq edən sənədin surəti;
6.2. vergi uçotuna alınması haqqında şəhadətnamənin surəti
7. fiziki şəxsin olduqda şəxsiyyətini təsdiq edən sənədin surəti.

Əlaqə
Texnoparkın rezidenti olmaqla siz vergidən azad olmaq, qlobal bazarlara çıxış imkanları qazanmaq və texnoloji ekosistemimizin bir hissəsi olmaq kimi bir sıra üstünlüklər əldə edirsiniz. İnnovativ ideyalarınızı reallaşdırmaq və biznesinizi inkişaf etdirmək üçün rezident olun!
- +994 12 310 14 00 (3158)
- texnopark@idda.az
- Atatürk prospekti 89 Bakı, Azərbaycan / AZ1069