
Rezindetlik əldə etmək üçün tələblər:
- Şəxsiyyəti təsdiq edən sənədin surəti
- Vergi uçotuna alınması haqqında şəhadətnamənin surəti
- Müvafiq lisenziya və ya icazənin notariat qaydada təsdiq edilmiş surəti
- Kiçik, orta və ya iri sahibkarlıq subyektlərindən birinə aid edilməsi barədə arayış
- Vergilərin və digər icbari ödənişlərin ödənilməsi ilə bağlı borcun olmamasına dair arayış
- Müflis elan olunmaması, əmlakı üzərinə həbsin qoyulmaması və ödənişə yönəlmiş girovun olmaması barədə arayış
- Müvafiq fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilməməsi barədə arayış
- İnformasiya kommunikasiya texnologiyaları sahəsində təhsil almış, o cümlədən əlavə təhsil müəssisələrini bitirmiş və ya ən azı 1 (bir) il iş təcrübəsi olan mütəxəssislərin sənədlərinin surəti
- Sistem inteqrasiyası və proqram təminatının hazırlanması və inkişafı sahələrində ən azı 1 (bir) il fəaliyyət göstərməli
- Fəaliyyət göstərdiyi dövr ərzində ən azı 1 (bir) məhsulu tətbiq edilməli (reallaşdırılmalı), o cümlədən satılmalı
Rezidentlər 10 il müddətinə aşağıdakı güzəştlərə sahib olurlar:
Sistem inteqrasiyası va (və ya) proqram təminatının hazırlanması və inkişafı sahəsində texnoparkdan kənar fəaliyyət göstərən rezidentlər bir sıra vergilərdən (gəlir və mənfəət vergisi, dividend, əmlak, torpaq) azad olunurlar.
Sistem inteqrasiyası və (və ya) proqram təminatının hazırlanması və inkişafı sahəsində texnoparkdan kənar fəaliyyət göstərən rezidentlər üçün gəlir vergisində aşağıdakı güzəştlər təqdim edilir: 8000 manatadək olduqda 0 faiz, 8000 manatdan çox olan məbləğin 5 faizi, 01.01.2026-cı ildən 7 il müddətinə isə gəlirin 5%-i həcmində ödəniləcək.
Sistem inteqrasiyası və (və ya) proqram təminatının hazırlanması və inkişafı sahəsində texnoparkdan kənar fəaliyyət göstərən əcnəbi mütəxəssislərə iş icazəsinin alınması tələb olunmur.

