
Fəaliyyətimiz
Fəaliyyət göstərdiyimiz istiqamətlər ilə tanış ola bilərsiniz:
İdeaton: ideyanı formalaşdır, problemlərə innovativ həllər tap!
İdeaton iştirakçılara real problemlər üzərində işləmək, yaradıcı yanaşmalar ortaya qoymaq və innovativ həllər hazırlamaq imkanı yaradır. İştirakçılar təqdim olunan problemləri araşdırır, alternativ həll yolları hazırlayır və ideyalarını strukturlaşdıraraq təqdimat formasına gətirirlər. Proqramın sonunda keçirilən Demo günündə komandalar öz ideyalarını münsiflər heyətinə təqdim edirlər. Müddət: 12–48 saat | Keçirilmə tezliyi: Rübdə 1 dəfə | Əhatə dairəsi: Bakı, Sumqayıt, Gəncə və Naxçıvan

Startap Məktəbi: bilik qazan, sahibkarlıq bacarıqlarını inkişaf etdir!
Startap Məktəbi innovasiya və sahibkarlıq sahəsində bilik və bacarıqların inkişafına yönəlib. Proqram çərçivəsində iştirakçılar bazar və müştəri araşdırması, biznes modelinin hazırlanması, innovasiya və texnoloji həllər üzrə nəzəri və praktiki biliklər əldə edirlər. Qazanılan biliklər ideyaların daha sistemli formalaşdırılmasına və gələcək startap fəaliyyətinə hazırlığa dəstək verir. Müddət: 4–5 həftə | Keçirilmə tezliyi: Rübdə 1 dəfə | Əhatə dairəsi: Bakı, Sumqayıt, Gəncə və Naxçıvan


İdeyanı növbəti mərhələyə daşı!
INNONATION proqramları ilə tanış ol, sənə uyğun inkişaf mərhələsini seç və startap yolunda ilk addımını at.


