“Digital Azerbaijan Talent School düşərgəsi”

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi istedadlı gənc proqramçılar üçün keçirilən “Digital Azerbaijan Talent School” təlim düşərgəsinə start verir. Düşərgə Almaniyanın aparıcı universitetlərindən olan “Constructor University” ilə birlikdə hazırlanıb.

Hibrid (onlayn və oflayn) formatda keçiriləcək proqram 2024-cü ilin avqust-noyabr aylarını əhatə edəcək. Düşərgə beynəlxalq proqramlaşdırma olimpiadalarına hazırlıq məqsədilə “Advanced Computer Science” və qızlar arasında İKT-ni təşviq etmək məqsədilə “Girls in IT” olmaqla 2 istiqamətdə baş tutacaq.

Düşərgə hansı mərhələlərdən ibarətdir?

• 12-30 Avqust – Onlayn, həftədə 2 gün keçiriləcək 2 saatlıq mühazirə sessiyaları

• 2-12 sentyabr – Oflayn, gündə 8 saat intensiv təlim

• 23 sentyabr – 22 noyabr – Onlayn, həftədə 1 gün 2 saatlıq mentorluq dəstəyi

“Digital Azerbaijan Talent School” təlim düşərgəsinə 14 yaşdan yuxarı sinif şagirdləri və universitet tələbələri müraciət edə bilərlər. Proqram ingilis dilində keçiriləcək. Təlimlərdə iştirak tam ödənişsizdir. Elə indi aşağıdakı linklərdən qeydiyyatdan keçin:

“Advanced Computer Science” istiqaməti üçün: 

https://bit.ly/advancedcomputerscienceskills 

“Girls in IT” istiqaməti üçün:

https://bit.ly/girlsinit 

Son qeydiyyat tarixi: 11 avqust 2024, saat 23:59