Azərbaycan Respublikasında nüvə elmləri və nüvə texnologiyaları sahəsində icraçı dövlət qurumu kimi yaranıb. Agentliyin Nüvə Tədqiqatları Departamenti aşağıdakı istiqamətlərdə dövlət qurumlarına və özəl şirkətlərə ödənişli əsaslarla xidmət göstərilir:
- Radiasiya texnologiyasının tətbiqi ilə sterilizasiya xidməti
- Müxtəlif təyinatlı məhsullarda radioaktiv maddələrin analizi üzrə xidmətlər
- Aidiyyəti dövlət qurumlarına nüvə və radioaktiv materialının ekspertizası üzrə xidmətlər
- Nüvə və radiasiya elmləri üzrə kadr hazırlığı
● Strateji hədəflər
- Nüvə və radioaktiv materialının analizi və ekspertizası üzrə xidmətlərin göstərilməsi
- Bu sahədə yüksək ixtisaslı kadr potensialının saxlanılması və inkişaf etdirilməsi
- Nüvə texnologiyaları sahəsində kompleks tədbirləri həyata keçirən əsas icraçı qurum olmaq
- Nüvə texnologiyaları sahəsində maddi-texniki bazanın layihələr, qrantlar və daxili imkanlar hesabına genişləndirilməsi
- Tədqiqatlarımızın, həmçinin xidmətimizin keyfiyyət göstəricilərinin daim yüksəlməsini təmin edərək ölkəmizdə və regionda tibbi radioizotop istehsalçısına çevrilmək