
20-02-2025
Dünyada İKT sahəsinin sürətli inkişafı və bu istiqamətdə rəqabətin artması üçün, ölkə siyasətlərində relokasiya proqramlarının yaradılmasına başlanılıb.
Məhz bu səbəbdən Relokasiya layihəsi 2022-ci ildən etibarən fəaliyyətə başlamışdır. Layihə, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin yerli ekosistem mühitinin inkişaf startegiyalarına əsasən ərsəyə gəlmişdir. Relokasiya proqramı xarici şirkətlərə bu üstünlükləri təqdim edir:
Yüksək səviyyəli mütəxəssislər və startaplarda innovativ layihələri ilə relokasiya etdikdən sonra müvafiq şərtlərə cavab verdikləri təqdirdə texnoparka rezidentlik əldə etmək üçün müraciət edə biləcəklər.