“Rəqəmsal Azərbaycana doğru”
“Rəqəmsal Azərbaycana doğru” layihəsi regionlarda rəqəmsal savadlılığın artırılması, İKT üzrə bilik və bacarıqların inkişaf etdirilməsi, regionun İKT sahəsində mövcud potensialının ölçülməsi, daimi monitorinqə əsasən tədbirlərin görülməsi və inkişafa dəstək göstərilməsi məqsədilə həyata keçirilir. İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin 24 noyabr 2022-ci il tarixindən start verdiyi regional layihə çərçivəsində Azərbaycanın 60-dan çox şəhər və rayonlarında İKT üzrə maraq və təcrübəyə sahib, bu sahədə çalışan, tədris alan və karyera hədəfləyən region sakinləri ilə maarifləndirici, məlumatlandırıcı təlimlərin, eyni zamanda icra orqanları, müvafiq təşkilat və qurumlarla ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulub. “Rəqəmsal Azərbaycana doğru” layihəsinin prioritetlərindən biri də İKT sahəsində mütəxəssislərin yetişdirilməsi və onların öz bölgələrində işlə təmin olunması təmin etməkdir. Bu məqsədlə regionlara səfərlər zamanı “Technest” Təqaüd Proqramı çərçivəsində mentorlar və ölkənin qabaqcıl tədris mərkəzləri tərəfindən gələcəyin innovativ peşələrinin tanıdılması istiqamətində təlimlər keçirilir və interaktiv müzakirələr təşkil olunur. İştirakçılar tədris mərkəzləri tərəfindən yerindəcə imtahan olunaraq təqaüd proqramına cəlb olunur.