“Texnopark ”

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi texnoparka müraciət, müraciətlərin dəyərləndirilməsi və rezidentliyin verilməsi prosesini həyata keçirir.

Azərbaycan Respublikası Prezidenti tərəfindən 30 dekabr 2022-ci il tarixində İKT sektoru ilə bağlı qəbul olunmuş, müvafiq qanunlarda və məcəllələrdə dəyişiklikləri və onların tətbiqini nəzərdə tutan bir sıra sənədlər imzalanmışdır. 1 yanvar 2023-cü ildən qüvvəyə minən yeni dəyişikliklər texnoparka rezidentlik alan hüquqi və fiziki şəxslərə şamil edilir.

  • İRİA-nın rezidentlik üçün müvafiq rezidentlik lisenziyasını verdiyi hüquqi və fiziki şəxslər aşağıdakı imtiyazlardan yararlanacaq:
  • Sistem inteqrasiyası va (və ya) proqram təminatının hazırlanması və inkişafı sahəsində texnoparkdan kənar fəaliyyət göstərən rezidentlər bir sıra vergilərdən (gəlir və mənfəət vergisi, dividend, əmlak, torpaq) azad olunurlar.
  • Sistem inteqrasiyası və (və ya) proqram təminatının hazırlanması və inkişafı sahəsində texnoparkdan kənar fəaliyyət göstərən rezidentlər üçün gəlir vergisində aşağıdakı güzəştlər təqdim edilir: 8000 manatadək olduqda 0 faiz, 8000 manatdan çox olan məbləğin 5 faizi, 01.01.2026-cı ildən 7 il müddətinə isə gəlirin 5%-i həcmində ödəniləcək.
  • Sistem inteqrasiyası və (və ya) proqram təminatının hazırlanması və inkişafı sahəsində texnoparkdan kənar fəaliyyət göstərən əcnəbi mütəxəssislərə iş icazəsinin alınması tələb olunmur.
  • Sistem inteqrasiyası və (və ya) proqram təminatının hazırlanması və inkişafı sahəsində texnoparkdan kənar fəaliyyət göstərən rezidentlərin əməkdaşları seçimlərindən asılı olaraq 2023-cü il yanvarın 1-dən 10 il müddətində məcburi dövlət sosial sığorta haqqı minimum aylıq əməkhaqqı məbləğinin dörd misli miqdarından və ya muzdlu işdən əldə edilən gəlirlərdən ödənilir.


Texnopark - Rezident ol