
Fəaliyyətimiz
Fəaliyyət göstərdiyimiz istiqamətlər ilə tanış ola bilərsiniz:
1-ci dərəcə tədris modeli
Süni intellekt üzrə baza bilikləri qazandırır, Sİ alətlərindən gündəlik fəaliyyətdə və tədrisdə düzgün istifadə bacarıqlarını formalaşdırır. Proqramlar generativ süni intellektlə işləmə, effektiv sorğuların hazırlanması və tədris materiallarının yaradılmasını əhatə edir. Bu dərəcə müəllimlər və süni intellekti öyrənməyə başlayan şəxslər üçün nəzərdə tutulub.

2-ci dərəcə tədris modeli
Proqramlaşdırma, kibertəhlükəsizlik və data analitikası üzrə praktiki peşə bacarıqlarını inkişaf etdirərək iştirakçıları əmək bazarına hazırlayır. Tədris zamanı süni intellektin kod yazılması, təhlükəsizlik təhlili və məlumatların emalı proseslərində tətbiqi öyrədilir. İştirakçılar real layihələr üzərində işləyərək seçdikləri istiqamət üzrə praktiki təcrübə və portfolio formalaşdırırlar.


Süni intellekt əsaslı təhsil proqramı
“Rəqəmsal İstedadlar” layihəsi çərçivəsində süni intellekt əsaslı tam ödənişsiz təhsil proqramına qeydiyyatdan keçin!


