Məlumat əsaslı qərar qəbuletmə
Bu metod və yanaşmaların tətbiqi təşkilatın çətinliklərini daha dərindən anlamağa və məlumat əsaslı qərarverməni dəstəkləməyə imkan verir.
Praktiki tətbiqi gücləndirmək və prosesləri daha sistemli aparmaq üçün əlavə dəstək resurslarından istifadə etmək olar. Bu resurslar vasitəsilə:
- Data savadlılığı üzrə anlayışlar inkişaf etdirilə bilər;
- Çətinliklərin və problemlərin qiymətləndirilməsi üçün formalar tətbiq oluna bilər;
- Data yetkinlik səviyyəsi daha obyektiv şəkildə ölçülə bilər.
Bu fazada tətbiq oluna biləcək dəstək sənədlər:
Data savadlılığı (Data maturity) Yükləyin
Fəaliyyət Çətinliklərinin Təyini Forması (Operational Challenges İdentification Form) Yükləyin
Problemin qiymətləndirilməsi forması (Problem Assessment Form) Yükləyin
Data yetkinlik səviyyəsi (Data Maturity Assessment) Yükləyin
Dashboard tələbləri və standartları Yükləyin
Data əsaslı liderliyə gedən yol məlumatlılıqdan (awareness) başlayır. Buna görə də, təşkilatda data awareness və literacy səviyyəsinin artırılması vacib mərhələdir. Bu istiqamətdə maarifləndirici təlimlərin keçirilməsi mühümdür — xüsusilə menecerlər, layihə rəhbərləri və qeyri-IT əməkdaşlar üçün. Təlimlər vasitəsilə onlar datanın biznes qərarlarına necə təsir etdiyini, analitik düşüncə tərzini və məlumat əsaslı qərarvermə mədəniyyətini mənimsəyirlər.
Biz öz təcrübəmizdə bu mövzuda hazırladığımız material və təlim fayllarını paylaşırıq:
TNA (Training Needs Analysis) - Bu, sillabusun düzgün formalaşdırılmasına və iştirakçıların real ehtiyaclarının müəyyən edilməsinə imkan yaradır.
Data təlimlələri üçün sillabus - TNA nəticələrinə uyğun olaraq, təlim proqramı (sillabus) həmin qurumun spesifik ehtiyaclarına uyğunlaşdırılır.
Data savadlılığı təlimi - Data savadlılığı təlimi adətən 8 dərsdən ibarət olur – 4 nəzəri, 4 praktik:
3. Data Savadliliq analiz növləri
Dashboard yaradılarkən diqqətə alınmalı standartlar və tələblər
İlk dərsdə iştirakçılara pre-test tətbiq olunur. Eyni test sonuncu dərsdə təkrar edilərək iştirakçıların inkişaf dinamikası ölçülür.
