Xəbərlər

Asiya İnkişaf Bankı RİNN və AZCON tabeli qurumlarının satınalma əməkdaşları üçün tədbir keçirib

28 oktyabr 2025-ci il tarixində Asiya İnkişaf Bankının (AİB) Azərbaycan nümayəndəliyi İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyində (İRİA) Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) və Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) tabeli qurumlarında fəaliyyət göstərən satınalma əməkdaşları üçün “Dövlət Satınalmalarının və Satınalma Əməkdaşlarının Peşəkarlaşdırılması” mövzusunda tədbir təşkil edib.

 

Tədbirdə İRİA-nın sədr müavini Rəşad Xalıqov, Asiya İnkişaf Bankının məsləhətçisi və İRİA-nın Satınalma və inzibati idarəetmə departmamentinin müdiri Günel Səfərəliyeva, Asiya İnkişaf Bankının Beynəlxalq Dövlət Satınalmaları üzrə məsləhətçisi Peter Trepte, Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyinin nümayəndəsi Elşən Həsənov, Asiya İnkişaf Bankının Azərbaycan nümayəndəliyinin üzvü  Yaqut I. Ertenliche çıxış ediblər. Çıxışlar zamanı dövlət satınalmalarında beynəlxalq təcrübə, satınalma əməkdaşlarının peşəkarlaşdırılması və akkreditasiyadan keçirilməsi istiqamətində görülən işlər kimi mövzulara toxunulub, satınalma prosedurları ilə bağlı innovativ yanaşmalar və rəqəmsal inteqrasiyalar müzakirə edilib.

 

Qeyd edək ki, sözügedən tədbir AİB-in Məsləhətləşmə Missiyası çərçivəsində keçirilib. Misiyanın başlıca məqsədləri dövlət satınalmalarının hazırkı vəziyyətinin müzakirəsi, ölkədə satınalma təcrübələri və perspektivlərini müzakirə etmək üçün əsas dövlət satınalma qrupları ilə görüşlərin təşkil edilməsi, mövcud akkreditasiya prosedurları, tələbləri, sahə üzrə çətinliklərin nəzərdən keçirilməsi, həmçinin Azərbaycanda hərtərəfli Dövlət Satınalmalarının Peşəkarlaşdırılması Sisteminin yaradılması və tətbiqi üçün ilkin yol xəritəsinin hazırlanmasıdır.

Xəbəri sosial şəbəkələrdə paylaş
  • instagram
  • whatsapp
  • telegram