Xəbərlər

Cəbrayıl rayonunda aparılan radioloji təqdiqatlar AZTV-nin “Obyektiv” verilişində!

 

 

“Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin Nüvə Tədqiqatları Departamenti tərəfindən işğaldan azad olunmuş ərazilərdə radioloji və radioekoloji tədqiqat işləri həyata keçirilir.

 

Agentliyin mütəxəssisləri tərəfindən xüsusi texniki avadanlıqlar vasitəsi ilə işğaldan azad olunmuş ərazilərdə sahibsiz radioaktiv mənbələrin və radioaktiv tullantıların aşkar edilməsi, hazırda istifadə olunan dövlət əhəmiyyətli obyektlər, habelə planlaşdırılan obyektlər yerləşəcək ərazilərin radiasiya təhlükəsizliyi tədqiq olunur. Bununla yanaşı hazırda istifadə edilən və Böyük Qayışdışdan sonra əhalinin istifadəsinə veriləcək əsas içməli və texniki su mənbələrinin (göl, çay, kəhriz, quyu və bulaqlar), o cümlədən əkinəyararlı torpaq sahələrinin radioloji analizləri həyata keçirilir.

 

Bugünədək Agentliyinin Nüvə tədqiqatları departamenti tərəfindən keçirilmiş radioloji monitorinqlər zamanı işğaldan azad olunmuş Zəngilan, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl, Xocavənd, Ağdam, Laçın və Kəlbəcər rayonları, o cümədən Tərtər rayonunun Suqouşan və Talış kəndlərinin radioloji xəritələri tərtib edilmiş və radioloji-radioekoloji tədqiqatlar üzrə ilkin hesabatlar adiyyəti dövlət qurumlarına təqdim edilmişdir.

 

Müfəssəl sahəvi plana uyğun olaraq adları qeyd olunmuş işğaldan azad olunmuş rayon və kənd yolları üzərində 1004 km məsafədə 468925 nöqtədə avto-qamma radiometrik-dozimetrik avto-qamma radiometrik-dozimetrik ölçmələr aparılmışdır. Bugünədək Agentlik tərəfindən 64 dövlət əhəmiyyətli obyektinin, içməli su kimi istifadə edilən 155 içməli su mənbəyinin, 83 əkinaltı torpaq sahələrinin radiasiya təhlükəsizliyi analiz edilmiş, o cümlədən 12 çayın su və dib çöküntüləri nümunələrinin süni radioizotop tərkibinin laboratoriya şəraitində radiospektral analizi həyata keçirilmişdir.

 

Bugünədək Agentlik tərəfindən monitorinq aparılmış işğaldan azad olunmuş rayonların minadan və müharibənin partlamamış qalıqları təmizlənmiş ərazisindən 4 ədəd sahibsiz radioaktiv şüalanma mənbəyi aşkar edilmiş və adiyyəti dövlət qurumları ilə birlikdə təxirəsalınmaz cavab tədbirləri görülmüşdür. “Böyük Qayıdışa dair I Dövlət Proqramı” proqramı çərçivəsində 5.1.6 və 6.1.1 yarımbəndləri üzrə sözügedən tədqiqat işləri Agentlik tərəfindən 2028-ci ilədək davam ediriləcəkdir.

 

Keçid edərək sujetin tam versiyasını izləyə bilərsiniz: https://www.youtube.com/watch?v=CqbYsD5CDqw

Xəbəri sosial şəbəkələrdə paylaş
  • instagram
  • whatsapp
  • telegram