İRİA və “AI Gigafactory” arasında görüş baş tutdu

İRİA və “AI Gigafactory” şirkəti arasında əməkdaşlıq perspektivləri müzakirə edilib.
İRİA-nın İdarə Heyətinin sədri Fərid Osmanov Portuqaliyanın “AI Gigafactory” şirkətinin rəhbəri Luis Viegas Kardoso ilə görüş keçirib. Görüş zamanı süni intellekt texnologiyalarının inkişafı, rəqəmsal infrastrukturun gücləndirilməsi və bu istiqamətdə potensial əməkdaşlıq imkanları müzakirə edilib.
Tərəflər yüksək hesablama gücünə malik data mərkəzlərinin yaradılması, süni intellekt infrastrukturuna investisiyaların cəlb edilməsi, beynəlxalq təcrübənin öyrənilməsi və qabaqcıl texnoloji həllərin tətbiqi istiqamətində fikir mübadiləsi aparıblar.
Həmçinin Azərbaycanın Avropa və Asiya arasında strateji coğrafi mövqeyi, enerji resursları və beynəlxalq telekommunikasiya bağlantıları baxımından üstünlükləri diqqətə çatdırılıb. Ölkənin regional rəqəmsal infrastruktur və hesablama mərkəzinə çevrilməsi potensialı, bulud texnologiyaları və süni intellekt sahəsində artan regional tələbatın yaratdığı investisiya imkanları müzakirə olunub.
Görüşdə beynəlxalq texnologiya şirkətləri ilə tərəfdaşlığın genişləndirilməsi, irimiqyaslı rəqəmsal infrastruktur layihələrinin inkişafı və bu istiqamətdə gələcək əməkdaşlıq perspektivləri nəzərdən keçirilib.